Xankəndi-Laçın yolunda ekoaksiya iştirakçılarının tələbi dəyişməz qalır

Xankəndi-Laçın yolunda ekoaksiya iştirakçılarının tələbi dəyişməz qalır

Hazırda havanın soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası gecə saatlarında da davam edir, dinc etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, ekofəallar və gənc könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər.

Hazırda azərbaycanlı fəalların əhval-ruhiyyəsi yüksəkdir.

Tələblərin dərhal yerinə yetirilməsini təkid edən gənclər bu dəqiqələrdə yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən, üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb vətənpərvərlik ruhunda müxtəlif mahnılar oxuyurlar, dəyişməz olaraq “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolu: aksiya iştirakçıları 103 gündür dünya ictimaiyyətinə çağırışlar edir

Xankəndi-Laçın yolu: aksiya iştirakçıları 103 gündür dünya ictimaiyyətinə çağırışlar edir

QARABAĞ QARABAĞ
Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası beş gündür davam edir

Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası beş gündür davam edir

QARABAĞ QARABAĞ
Bakıda “Gizli ölüm toxumları” kitabının təqdimatı olub

Bakıda “Gizli ölüm toxumları” kitabının təqdimatı olub

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolu: Ekofəalların aksiyası 127 gündür yüksək fəallıqla davam edir

Xankəndi-Laçın yolu: Ekofəalların aksiyası 127 gündür yüksək fəallıqla davam edir

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda BQXK-yə məxsus 7 avtomobilin növbəti dəfə hərəkətinə şərait yaradılıb - YENİLƏNİB

Xankəndi-Laçın yolunda BQXK-yə məxsus 7 avtomobilin növbəti dəfə hərəkətinə şərait yaradılıb - YENİLƏNİB

QARABAĞ QARABAĞ
Prezident: “Azərbaycan əraziləri minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib”

Prezident: “Azərbaycan əraziləri minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib”

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların 48 avtomobili maneəsiz hərəkət edib - YENİLƏNİB-7

Xankəndi-Laçın yolunda sülhməramlıların 48 avtomobili maneəsiz hərəkət edib - YENİLƏNİB-7

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib

QARABAĞ QARABAĞ
Tanınmış səyahətçilər Horadizdə minatəmizləmə işlərinin gedişi ilə tanış olublar

Tanınmış səyahətçilər Horadizdə minatəmizləmə işlərinin gedişi ilə tanış olublar

QARABAĞ QARABAĞ
Prezident İlham Əliyev Zəngilan Konqres Mərkəzinin tikintisi ilə tanış olub

Prezident İlham Əliyev Zəngilan Konqres Mərkəzinin tikintisi ilə tanış olub

QARABAĞ QARABAĞ
Beynəlxalq səyyahlar Laçında tikinti-quruculuq işləri ilə tanış olublar - YENİLƏNİB

Beynəlxalq səyyahlar Laçında tikinti-quruculuq işləri ilə tanış olublar - YENİLƏNİB

QARABAĞ QARABAĞ
Qarabağın azadlıq yolunun başlanğıcı - Azərbaycan Ordusunun Aprel qələbəsindən 7 il ötür

Qarabağın azadlıq yolunun başlanğıcı - Azərbaycan Ordusunun Aprel qələbəsindən 7 il ötür