Kürdə suyun səviyyəsi minimum həddən aşağı düşüb

Kürdə suyun səviyyəsi minimum həddən aşağı düşüb

Kürdə suyun səviyyəsi minimum həddən aşağı düşüb.

Bu barədə Neftçala və Salyan rayon sakinləri “Birxeber.Az”un Aran bürosuna bildirib.

Belə ki, dəniz suyunun Kürə qarışmasının qarşısını almaq məqsədi ilə çayın deltasında suaşıran bəndlərin vurulması başa çatıb. Belə bir halda Kürdə suyun səviyyəsi qalxmalı, suaşırıcı bəndlərin üzərindən su keçməli idi. Amma Kür günbəgün qurumaqda davam edir, əkin sahələrinin suvarılmasında problem yaranıb.

Hazırda şor suyun Kürə qarışmasının qarşısı alınsa da, vəzyyət heç də ürəkaçan deyil. Kürdə suyun səviyyəsi minimum həddən 60-70 santimetr aşağı düşdüyündən vəziyyət kritik həddə çatıb.

Sakinlər deyir ki, axıntı olmadığından çay ciddi çirklənməyə məruz qalıb. Vəziyyət o həddə çatıb ki, indi Kürün suyundan istifadə etmək mümkün deyil.

Çayda su səviyyəsinin aşağı düşməsi su nasoslarına da ciddi təsir göstərib. Kür ətrafında quraşdırılmış su nasoslarının boruları havadan asılı qaldığından sugötürmə qabiliyyətini itirib. Artıq bəzi nasoslar sıradan çıxıb.

Salyanda isə vəziyyət daha acınacaqlıdır. Çayda suyun səviyyəsi həddən artıq aşağı düşdüyündən Kür adi kanala çevrilib. Burada da su nasoslarının əksəriyyəti quruda qalıb. Əkin sahələrinin suvarılmasında çətinlikər yaranıb.

Sakinlər Kürdə suyun səviyyəsinin aşağı düşmə səbəbini Mingəçevir su anbarından suyun az buraxılması ilə əlaqələndirir.

Mütəxəssislər hesab edir ki, Mingəçevir su anbarından buraxılan suyun həcmi artırılarsa, Kür çayının aşağı axınında yaranmış gərginliyi aradan qaldırmaq olar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında (ETSN) Milli Hidrometeorologiya Xidmətindən (MHX) yerli büroya bildirilib ki, aprel-iyun aylarında Kürdə gursululuğun artması, eyni zamanda anbardan çayın aşağı axınına buraxılan suyun həcminin çoxalması problemin həllinə ümid verir.

Ekologiya Ekologiya
Bu gün Şuşa, Laçın və Kəlbəcərdə hava yağmursuz olacaq

Bu gün Şuşa, Laçın və Kəlbəcərdə hava yağmursuz olacaq

Ekologiya Ekologiya
Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq

Ekologiya Ekologiya
Su hövzələrindən 685 metr uzunluğunda sintetik tor götürülüb

Su hövzələrindən 685 metr uzunluğunda sintetik tor götürülüb

Ekologiya Ekologiya
Meşə fondu torpaqlarında 178 mindən artıq ağac əkilib

Meşə fondu torpaqlarında 178 mindən artıq ağac əkilib

Ekologiya Ekologiya
Hava kəskin dəyişəcək, qar yağacaq, şaxta olacaq - XƏBƏRDARLIQ

Hava kəskin dəyişəcək, qar yağacaq, şaxta olacaq - XƏBƏRDARLIQ

Ekologiya Ekologiya
Bakıda külək saniyədə 18 metrədək güclənib - YENİLƏNİB-2

Bakıda külək saniyədə 18 metrədək güclənib - YENİLƏNİB-2

Ekologiya Ekologiya
Azərbaycana ov üçün gələn ərəb turistlərin sayı azalıb

Azərbaycana ov üçün gələn ərəb turistlərin sayı azalıb

Ekologiya Ekologiya
Azərbaycanda Milli Su Siyasəti Dialoqunun növbəti görüşü keçirilir

Azərbaycanda Milli Su Siyasəti Dialoqunun növbəti görüşü keçirilir

Ekologiya Ekologiya
Bakıda bayram və istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb

Bakıda bayram və istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb

Ekologiya Ekologiya
Hazırda ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuzdur - FAKTİKİ HAVA

Hazırda ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuzdur - FAKTİKİ HAVA

Ekologiya Ekologiya
Xəzərin Azərbaycan bölməsində aşkarlanan suiti cəsədlərindən nümunələr götürülüb

Xəzərin Azərbaycan bölməsində aşkarlanan suiti cəsədlərindən nümunələr götürülüb

Ekologiya Ekologiya
“Yanğından yaşıllığa” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirilib

“Yanğından yaşıllığa” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirilib