Ukrayna səfiri etimadnaməsinin surətini Azərbaycan XİN-ə təqdim edib

Ukrayna səfiri etimadnaməsinin surətini Azərbaycan XİN-ə təqdim edib

Ukraynanın Azərbaycana yeni təyin olunan səfiri Yuri Qusev etimadnaməsinin surətinin Azərbaycan Xarici İşlər Nazirliyinə təqdim edib.

APA xəbər verir ki, bu barədə ukraynalı səfir "X" hesabında paylaşım edib.

“Azərbaycandakı səfir kimi etimadnaməmin surətini təqdim etmək üçün Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovla görüşdüm. Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini, həmçinin tərəfdaşlığımızı gücləndirmək barədə öhdəliyimizi müzakirə etdik”, - səfir bildirib.