Bərdədə qəzalı vəziyyətdəki məktəbin DAMI UÇDU - FOTO
Bərdə rayonunun Mehdili kəndində qəzalı vəziyyətdə olan məktəb binasında yenidən uçqun olub.
Birxeber Bizim.Media-ya istinadla xəbər verir ki, güclü külək səbəbindən idman zalının dam örtüyü qoparaq yardımçı korpusun üzərinə düşüb.
Həmçinin, binanın bir hissəsi də uçub.
Xatırladaq ki, Mehdili kənd orta məktəbinin binası illərlə qəzalı vəziyyətdə olub və bir neçə dəfə müəyyən hissələri uçub.