Futzal Federasiyasının prezidenti: "Narazılığımı komandaya bildirəcəyəm"
"Arxayınlıq hiss olunurdu. Narazılığımı komandaya bildirəcəyəm".
Bunu "Birxeber.Az"a müsahibəsində Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov milinin DÇ-2024-ün əsas mərhələsində Yunanıstanı 5:2 hesabı ilə məğlub etməsi barədə danışarkən deyib.
50 yaşlı funksioner nəticəyə görə sevindiklərini bildirib: "Amma hələ mübarizə irəlidədir. Elit-raunda hazırlaşacağıq. Görüləsi işlər çoxdur. Millinin çıxışından tam razı qalmadım. Həm futbolda, həm də futzalda arxayınlıq olmaz. Amma bu görüşdə oldu. Bu səbəbdən komanda ilə söhbət edəcəyik".
Zaur Axundovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.