Bakı kənd və qəsəbələri arasında minifutbol turnirində yarımfinalçılar müəyyənləşib

Bakı kənd və qəsəbələri arasında minifutbol turnirində yarımfinalçılar müəyyənləşib

Bakı kənd və qəsəbələri arasında təşkil olunan ll minifutbol turnirində yarımfinalçılar müəyyənləşib.

"Birxeber.Az" xəbər verir ki, Gənclər və İdman Nazirliyi, AFFA və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 8 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət komandaları mübarizə aparır.

1/4 final mərhələsinin ilk günündə "Günəşli" 3:0 hesabı ilə "Şağan"a qalib gəlib. "Qaraçuxur" komandası isə "Mərdəkan"a uduzub - 2:5.

Növbəti gün baş tutan oyunlarda "Zabrat" kollektivi "Biləcəri"yə 0:1, "Sabunçu" isə "Aşağı Güzdək" komandasına 1:3 hesabı ilə məğlub olub.