​​​​​​​Tovuzun sərhədyanı 7 kəndinin içməli su təchizatı yenidən qurulur

​​​​​​​Tovuzun sərhədyanı 7 kəndinin içməli su təchizatı yenidən qurulur

Tovuz rayonun sərhədyanı Ağdam, Vahidli, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü, Əlibəyli, Hacıallı və Mülkülü kəndlərinin içməli su təchizatı yaxşılaşdırılır.

“Birxeber.Az” bu barədə “Azərsu” ASC-yə istinadən xəbər verir.

Məlumata görə, indiyədək Ağdam və Vahidli kəndlərinin sakinləri içməli suya olan tələbatlarını əsasən uzaq məsafədən daşımaqla ödəyiblər. Digər kəndlərdə isə suvarma üçün nəzərdə tutulan subartezian quyularından, Tovuzçaydan və kəhriz sularından istifadə olunub. Layihənin əhatə etdiyi bəzi kəndlərdə sakinlər tərəfindən fərdi qaydada çəkilmiş su xətləri normal su təminatına imkan vermirdi.

Təsdiqlənmiş layihəyə uyğun olaraq Ağdam və Vahidli kəndlərinə içməli su mövcud drenaj qurğusu və bulaqlardan, Əlibəyli, Hacıallı, Mülkülü, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə isə yeni qazılacaq 7 subartezian quyusundan veriləcək. Quyu sularının təmizlənməsi üçün xlorator qurğusu, nasos stansiyaları və su anbarlarının inşası da nəzərdə tutulub. Layihəyə əsasən, əhalinin ümumi istifadəsi üçün bulaqlar quraşdırılacaq. Hazırda quyulararası, magistral və şəbəkə su xətlərinin, həmçinin anbarların tikintisi davam etdirilir. İndiyədək 31 kilometr uzunluğunda magistral su kəmərlərinin 13 kilometrlik hissəsi inşa edilib. Eyni zamanda 150 kilometr şəbəkə su xətlərinin 111 kilomerlik hissəsi tikilib. Layihə çərçivəsində Tovuz rayonunun 7 kəndində əhalinin ümumi istifadəsi üçün 690 ədəd bulağın quraşdırılması nəzərdə tutulub.

Tikinti-quraşdırma işlərinin 2023-cü ilin yay aylarında başa çatdırılması nəzərdə tutulur. Layihənin icrası Tovuz rayonunun 7 kəndində 20 minədək sakinin içməli su təchizatının yaxşılaşdırılmasına imkan yaradacaq. Qeyd edək ki, Tovuz rayonun ilə yanaşı, hazırda Qazax, Ağstafa və Neftçala rayonlarının kənd və qəsəbələrində içməli su layihələri həyata keçirilir.

İnfrastruktur İnfrastruktur
“Azərsu” ASC-nin rəhbəri Göyçayda vətəndaşları qəbul edib

“Azərsu” ASC-nin rəhbəri Göyçayda vətəndaşları qəbul edib

İnfrastruktur İnfrastruktur
Azərbaycanla Özbəkistan Orta Dəhlizdə yükdaşımaların artırılmasını müzakirə edib

Azərbaycanla Özbəkistan Orta Dəhlizdə yükdaşımaların artırılmasını müzakirə edib

İnfrastruktur İnfrastruktur
ADY bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

ADY bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

İnfrastruktur İnfrastruktur
Bakıda sıxlıq olan yollar açıqlanıb

Bakıda sıxlıq olan yollar açıqlanıb

İnfrastruktur İnfrastruktur
Bakıdan Bişkekə ilk reys baş tutub

Bakıdan Bişkekə ilk reys baş tutub

İnfrastruktur İnfrastruktur
Son 6 ildə Bakıda avtobusla sərnişindaşıma 20 %-dən çox azalıb

Son 6 ildə Bakıda avtobusla sərnişindaşıma 20 %-dən çox azalıb

İnfrastruktur İnfrastruktur
Naxçıvan iqtisadiyyatı 2%-ə yaxın böyüyüb

Naxçıvan iqtisadiyyatı 2%-ə yaxın böyüyüb

İnfrastruktur İnfrastruktur
MM və ATƏT PA-nın birgə təşkilatçılığı ilə Bakı konfransının iştirakçıları Zəngilana səfər ediblər - YENİLƏNİB

MM və ATƏT PA-nın birgə təşkilatçılığı ilə Bakı konfransının iştirakçıları Zəngilana səfər ediblər - YENİLƏNİB

İnfrastruktur İnfrastruktur
EUROCONTROL-un və ICAO Şurasının rəhbərləri AZANS-ın stendini ziyarət edib

EUROCONTROL-un və ICAO Şurasının rəhbərləri AZANS-ın stendini ziyarət edib

İnfrastruktur İnfrastruktur
DGK: "Qarabağda yeni gömrük postlarının yaradılması üzrə layihələr var"

DGK: "Qarabağda yeni gömrük postlarının yaradılması üzrə layihələr var"

İnfrastruktur İnfrastruktur
Azərbaycan, Türkiyə və Gürcüstan BTQ ilə bağlı saziş imzalayıb

Azərbaycan, Türkiyə və Gürcüstan BTQ ilə bağlı saziş imzalayıb

İnfrastruktur İnfrastruktur
Naxçıvana ucuz uçuşlar təşkil ediləcək

Naxçıvana ucuz uçuşlar təşkil ediləcək