Bir sıra tibb müəssisələrinin rentgen müayinə fəaliyyəti dayandırılıb

Bir sıra tibb müəssisələrinin rentgen müayinə fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyi bir sıra tibb müəssisələrinin rentgen müayinə fəaliyyətini dayandırıb.

Bu barədə "Birxeber.Az"a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, FHN-nin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq, ölkədə nüvə və radioloji təhlükəsizliyin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsin müraciəti əsasında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların mövcud olduğu tibb müəssisələrində nəzarət-yoxlama tədbirləri həyata keçirilib.

Keçirilən tədbirlər nəticəsində Bakı şəhərində yerləşən 5 və 39 nömrəli Şəhər poliklinikalarında, 1 və 2 nömrəli Uşaq Stomatoloji poliklinikalarında, 1 nömrəli Tələbə Poliklinikasında və Müharibə Veteranları Respublika Xəstəxanasında radiasiya təhlükəsizliyi tələblərinə riayət edilmədən və “xüsusi icazə”si olmadan rentgen kabinetlərinin fəaliyyət göstərdiyi müəyyən edilib.

Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində yuxarıda göstərilən tibb müəssisələrinin rentgen kabinetlərinin fəaliyyəti dayandırılıb.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədilə rentgen və kompüter-tomoqrafiya müayinələri üçün yalnız “xüsusi icazə” əsasında fəaliyyət göstərən tibb müəssisələrinə müraciət olunmasını tövsiyə edir (həmin müəssisələrin siyahısı ilə bu ünvana daxil olmaqla tanış olmaq mümkündür – https://www.fhn.gov.az/index.php?aze/news/xeber/1/1/1/1000).

HADİSƏ HADİSƏ
Şərurda həyətyanı sahədə yanğın olub

Şərurda həyətyanı sahədə yanğın olub

HADİSƏ HADİSƏ
Mingəçevirdə rəsmilərə qarşı zor tətbiq edən şəxsin cinayət işi məhkəməyə göndərilib

Mingəçevirdə rəsmilərə qarşı zor tətbiq edən şəxsin cinayət işi məhkəməyə göndərilib

HADİSƏ HADİSƏ
Bakıda gənc qızı avtomobil vurub

Bakıda gənc qızı avtomobil vurub

HADİSƏ HADİSƏ
Şəkidə tövləyə girən canavar 44 baş qoyunu parçalayıb

Şəkidə tövləyə girən canavar 44 baş qoyunu parçalayıb

HADİSƏ HADİSƏ
Kürdəmirdə “Ford Tranzit” “KamAZ”a çırpılıb, ölən və yaralanan var - YENİLƏNİB

Kürdəmirdə “Ford Tranzit” “KamAZ”a çırpılıb, ölən və yaralanan var - YENİLƏNİB

HADİSƏ HADİSƏ
DİN narkotik aludəçilərinin atasının iddialarına cavab verib

DİN narkotik aludəçilərinin atasının iddialarına cavab verib

HADİSƏ HADİSƏ
Siyəzəndə mikroavtobus qəzaya düşüb: 3 nəfər ölüb, 7 nəfər yaralanıb - YENİLƏNİB

Siyəzəndə mikroavtobus qəzaya düşüb: 3 nəfər ölüb, 7 nəfər yaralanıb - YENİLƏNİB

HADİSƏ HADİSƏ
Füzulinin Aşağı Seyidəhmədli kəndi ərazisindən 2 şəxsə aid qalıqlar tapılıb

Füzulinin Aşağı Seyidəhmədli kəndi ərazisindən 2 şəxsə aid qalıqlar tapılıb

HADİSƏ HADİSƏ
ANAMA: "Mina partlayışları ilə bağlı bəzi insanlarda yanlış fikirlər var"

ANAMA: "Mina partlayışları ilə bağlı bəzi insanlarda yanlış fikirlər var"

HADİSƏ HADİSƏ
Bakıda ana və iki azyaşlı övladını qətlə yetirməkdə təqsirləndirilən şəxs ömürlük həbs olunub

Bakıda ana və iki azyaşlı övladını qətlə yetirməkdə təqsirləndirilən şəxs ömürlük həbs olunub

HADİSƏ HADİSƏ
Prokuror gənc cüdoçunu öldürməkdə təqsirləndirilən şəxsə 20 il həbs cəzası istəyib

Prokuror gənc cüdoçunu öldürməkdə təqsirləndirilən şəxsə 20 il həbs cəzası istəyib

HADİSƏ HADİSƏ
Bakıda avtomobil ehtiyat hissələrinin satışı mağazasında yanğın olub

Bakıda avtomobil ehtiyat hissələrinin satışı mağazasında yanğın olub