"Milli Marketinq Forumu 2022"nin spikerləri bəlli oldu!

"Milli Marketinq Forumu 2022"nin spikerləri bəlli oldu!

İyunun 10-11-də "Baku Marriott Hotel Boulevard”da “Öz Yolumuz” şüarı ilə VIII dəfə keçiriləcək "Milli Marketinq Forumu 2022"nin spikerləri bəlli olub.

"FACEMARK” MMC-nin təşkilatçılığı ilə həyata keçiriləcək forum 7 paneldən ibarət olacaq və 300-dən çox şirkət nümayəndələrinin iştirakı ilə baş tutacaq.

Təddbir ölkəmizdə marketinq sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.

İki gün davam edəcək tədbirin ilk günü "Veysəloğlu" şirkətlər qrupunun təsisçisi Aydın Talıbovun açılış nitqi ilə başlayaraq müxtəlif mövzulu panellər üzrə davam edəcək. “Milli keyslər” mövzusuna həsr ediləcək I panel - "Sağlam Ailə" klinikasının icraçı direktoru Nigar Rüstəmlinin moderatorluğu və spiker “Ballı Bisi” şirniyyat evinin təsisçisi Esmira Avilovanın çıxışı ilə baş tutacaq.

“Future Bright” şirkətinin Azərbaycan üzrə ölkə direktoru Könül Əliyevanın moderatorluğu ilə II panel “Data və İstehlakçı davranışı” mövzusunda olacaq. Bilgi universitetinin istehlakçı davranışı üzrə təlimçisi Akan Abdulla və “Usespots” şirkətinin təsisçisi Mustafa Dalcı spiker qismində çıxış edəcəklər.

“Saffron Restaurant Group”un Marketinq departamentinin rəhbəri Aysel Cəbrayılovanın moderator olacağı “Media” paneli - ADRA Strafteji İnkişaf və Kommunikasiya şöbəsinin müdiri Elçin Nəsrullayev, ATV İcraçı direktoru İsmayıl Həsənov və “Starcom” şirkətinin direktoru Ziya Yusifovun çıxışı ilə baş tutacaq.

Forumun ikinci günü I panel “Ziddiyyətlərin debatı” mövzusunda DJ Fatehin moderatorluğu ilə baş tutacaq. “Söhbətgah” layihəsinin həmtəsisçiləri Tural Yusifov və Əli Xəyyam, rejissor İlham Qasımov bu mövzuda fikirlərini bölüşəcəklər.

“Synergy Partnership” şirkətinin baş direktoru Rüfət Abbasovun moderatorluğu və “Azercell” Korporativ Kommunikasiya şöbəsinin rəhbəri Sona Abbasova və “PAŞA Holdinq”in Korporativ Kommunikasiya şöbəsinin rəhbəri Aytac Muxtarzadənin çıxışı ilə II panel “Strateji kommunikasiya” mövzusuna həsr olunacaq.

“Riteyl, Satış və Ticari Marketinq” paneli “Blue Planet Distribution” şirkətinin marketinq meneceri Nuranə İskəndərovanın moderatorluğu ilə baş tutacaq. “Veysəloğlu” MMC və CRM direktoru Fuad Məmmədov və “Army Group” İdarə Heyəti üzvü Kamal Mirzəyev spiker qismində çıxış edəcək.

“ELSEO” MMC-nin təsisçisi Elşən Cəfərovun moderator olacağı sonuncu panel “Rəqəmsal Marketinq” mövzusuna həsr olunacaq. “FCB ArtGroup” şirkətinin rəqəmsal kreativ direktoru Göktug Sarı və Kapital Bankın marketinq ekspert mərkəzinin lideri Günel Mavliyarova spiker olaraq fikirlərini bölüşəcəklər.

Tədbirin sonunda “After Party” təşkil olunacaq.

Biletləri

https://millimarketinqforumu.az/ saytına keçid alaraq əldə edə bilərsiniz.

İlin marketinq tədbirinə hər biriniz dəvətlisiniz!

Biznes Biznes
Sentyabr-noyabrda Bakıda 8 beynəlxalq sərgi keçiriləcək

Sentyabr-noyabrda Bakıda 8 beynəlxalq sərgi keçiriləcək

Biznes Biznes
Azərbaycan "TRT Dünya Forumu"nda təmsil olunub

Azərbaycan "TRT Dünya Forumu"nda təmsil olunub

Biznes Biznes
Azərbaycanda Türkiyə istehsalı olan məhsulların satışı üzrə haqsız rəqabət ehtimalları ola bilər

Azərbaycanda Türkiyə istehsalı olan məhsulların satışı üzrə haqsız rəqabət ehtimalları ola bilər

Biznes Biznes
“Heineken” Rusiya bazarını tərk edir: “Çox çətin şəraitdə çalışırıq”

“Heineken” Rusiya bazarını tərk edir: “Çox çətin şəraitdə çalışırıq”

Biznes Biznes
Türkiyə Prezidenti "Togg"la bağlı paylaşım edib

Türkiyə Prezidenti "Togg"la bağlı paylaşım edib

Biznes Biznes
Ekspert: "Böhran dövründə sosial müəssisələr daha dayanıqlı olur"

Ekspert: "Böhran dövründə sosial müəssisələr daha dayanıqlı olur"

Biznes Biznes
“WarnerMedia” və “Discovery”nin birləşməsi tamamlanıb

“WarnerMedia” və “Discovery”nin birləşməsi tamamlanıb

Biznes Biznes
Azərbaycan-Türkiyə sərhəd-buraxılış məntəqələrində nəqliyyatın keçidi sürətlənəcək

Azərbaycan-Türkiyə sərhəd-buraxılış məntəqələrində nəqliyyatın keçidi sürətlənəcək

Biznes Biznes
Danimarka markası "Carlsberg" 175 illiyini qeyd etdi - FOTO

Danimarka markası "Carlsberg" 175 illiyini qeyd etdi - FOTO

Biznes Biznes
Deputat: "Qadın sahibkarlara güzəştlər olmalıdır"

Deputat: "Qadın sahibkarlara güzəştlər olmalıdır"

Biznes Biznes
“Biznesə daxilolma” işçi qrupu 2023-cü ildə görüləcək işləri müzakirə edib

“Biznesə daxilolma” işçi qrupu 2023-cü ildə görüləcək işləri müzakirə edib

Biznes Biznes
ASK: "Gömrük dəyəri ilə bağlı problemlər qaldırılır,  nəticəsi olmur"

ASK: "Gömrük dəyəri ilə bağlı problemlər qaldırılır, nəticəsi olmur"