NBA "İlin məşqçisi” nominasiyası üzrə səsvermənin nəticələrini açıqlayıb

NBA "İlin məşqçisi” nominasiyası üzrə səsvermənin nəticələrini açıqlayıb

Milli Basketbol Assosiasiyası (NBA) "İlin məşqçisi” nominasiyası üzrə səsvermənin nəticələrini açıqlayıb.

"Birxeber.Az" xəbər verir ki, "Oklahoma" klubunun baş məşqçisi Mark Dayno birinci olub.

39 yaşlı amerikalı mütəxəssis 473 xal toplayıb.

"Orlando"nun baş məşqçisi Camal Mozli (158 xal) ikinci, "Minnesota"nın çalışdırıcısı Kris Finç (105 xal) üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, "Oklahoma" NBA-da müntəzəm mövsümü 57 qələbə və 25 məğlubiyyətlə Qərb Konfransında birinci yerdə başa vurub.