"Real" futbolçusu ilə müqavilə müddətini uzadır

"Real" futbolçusu ilə müqavilə müddətini uzadır

İspaniyanın "Real" klubu futbolçusu Daniel Karvaxal ilə müqavilənin müddətini uzadacaq.

"Birxeber.Az" "Marca"ya istinadən xəbər verir ki, rəhbərlik 32 yaşlı müdafiəçiyə "1+1 illik" yeni sözləşmə təklif edib.

Qeyd edək ki, 2013-cü ildən "Kral klubu"nun formasını geyinən ispaniyalı oyunçunun hazırkı müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq. Karvaxal komanda ilə üç dəfə La Liqanın, beş dəfə UEFA Çempionlar Liqasının qalibi olub. O, ümumilikdə "Real"da 23 titula sahib çıxıb.