"Sabah" klubu daha bir futbolçusu ilə yollarını ayırıb
“Sabah” klubu futbolçusu Şpiro Periçiçlə yollarını ayırıb.
Paytaxt təmsilçisinin Mətbuat Xidmətindən "Birxeber"a verilən məlumata görə, 28 yaşlı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə yenilənməyib.
Xorvatiyalı oyunçu 2021-ci ilin avqustundan "Sabah"da çıxış edib.
Qeyd edək ki, klub daha əvvəl Slavik Alxasovla da vidalaşıb.