Göygöldə restoranda yanğın olub

Göygöldə restoranda yanğın olub

Göygöldə yanğın hadisəsi baş verib.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb. Kənd ərazisində yerləşən ailəvi istirahət mərkəzində yanğın olub. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FHN-in hadisə barədə məlumatında bildirilib ki, Göygöl rayonunun Topalhəsənli kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli obyektin (restoran kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.