Gələcəyimizi təhlükəyə atmayaq: bir damcı qoruyaq!

Gələcəyimizi təhlükəyə atmayaq: bir damcı qoruyaq!

Dişimizi fırçalayarkən açıq qoyduğumuz kran, tonlarla suyun axıb getdiyi nasaz borular, sulamaq məqsədilə ağacların, kolların dibinə atılmış su şlanqları və bütün bunları laqeydliklə seyr edən biz.

Diqqətsizliyimiz səbəbindən hər gün istifadə etdiyimizdən daha çox miqdarda suyun əslində boşuna axıb getdiyi barədə heç düşünmürük də.

Cəmiyyətin diqqətini elə bu diqqətsizliyə yönəltmək məqsədilə artıq bir neçə aydır davam edən “Bir Damcı” kampaniyasının növbəti mərhələsi bizi daha ciddi nəticələr ilə üz-üzə qoyur.

Kampaniyanın “Bir damcı qoruyaq” çağırışı altında həyata keçirilən mərhələsi gələcək nəsillər üçün bu gündən hər damcı suyun qorunmasının vacibliyini çatdırır. Belə ki, mütəxəssislərin proqnozlarına görə 2100-cü ildə ölkəmizin su ehtiyatları 40% azala bilər. Kifayət qədər qorxulu səslənən bu rəqəm övladlarımızın gələcəkdə daimi su ilə təminatının təhlükə altında ola biləcəyinə işarədir.

Vəziyyətdən çıxış yolu isə o qədər də çətin deyil: bu arzuolunmaz nəticəyə səbəb olmamağımız üçün sudan səmərəsiz istifadə vərdişlərindən əl çəkməyimiz, istehsalat sahələrində, sahibkarlıq müəssisələrində sudan qənaətli istifadəni təmin edən müasir avadanlıqları tətbiq etməyimiz kifayətdir.

Övladlarımızın su qıtlığı ilə üz-üzə qalmaması üçün, gələcəkdə suyumuz daima #axsındeyə bu gün hər damcını qorumalı, boşuna axmasına imkan verməməliyik.

Kampaniyanın bu mərhələsində su ilə bağlı gündəlik fəaliyyətimizin gələcəkdə hansı nəticələrə yol aça biləcəyi nümunələrlə geniş auditoriyaya çatdırılır, bunun qarşısını almaq üçün çıxış yolları göstərilir. Kampaniya çərçivəsində televiziya və radio kanallarında yayımlanan reklam çarxları, paytaxtın müxtəlif küçələrində yerləşdirilən çöl reklam materialları, eyni zamanda rəqəmsal media vasitələrində paylaşılan məzmun məhz bu məqsədə xidmət edir. Kampaniya barədə ətraflı məlumatı birdamci.az veb-saytından, FacebookInstagram səhifələrindən əldə etmək mümkündür.

Qeyd edək ki, kampaniya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və IDEA İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihənin kreativ və kommunikasiya strategiyası isə “Maverick” kommunikasiya agentliyinə məxsusdur.

Daxili siyasət Daxili siyasət
Qərbi Azərbaycan Xronikası: “Biz sülh yolu ilə, təhlükəsiz qaydada Vətənimizə qayıtmaq istəyirik”

Qərbi Azərbaycan Xronikası: “Biz sülh yolu ilə, təhlükəsiz qaydada Vətənimizə qayıtmaq istəyirik”

Daxili siyasət Daxili siyasət
Sudanlı mütəxəssis: "Mina problemindən əziyyət çəkən ölkələrə köməklik göstərməyə hazırıq"

Sudanlı mütəxəssis: "Mina problemindən əziyyət çəkən ölkələrə köməklik göstərməyə hazırıq"

Daxili siyasət Daxili siyasət
İlham Əliyev “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib

İlham Əliyev “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib

Daxili siyasət Daxili siyasət
FHN radioloji-gigiyenik pasportlara dair müəssisə və təşkilatlara müraciət edib

FHN radioloji-gigiyenik pasportlara dair müəssisə və təşkilatlara müraciət edib

Daxili siyasət Daxili siyasət
Əlil qadınlarla bağlı fəaliyyət planı hazırlanır

Əlil qadınlarla bağlı fəaliyyət planı hazırlanır

Daxili siyasət Daxili siyasət
Muxtar Babayev: "Qarabağda təbii sərvətlərimizin talan olunduğu ərazilərdə monitorinq vacibdir və keçiriləcək”

Muxtar Babayev: "Qarabağda təbii sərvətlərimizin talan olunduğu ərazilərdə monitorinq vacibdir və keçiriləcək”

Daxili siyasət Daxili siyasət
Şirvanda ümummilli lider Heydər Əliyevin anım günü qeyd edilib

Şirvanda ümummilli lider Heydər Əliyevin anım günü qeyd edilib

Daxili siyasət Daxili siyasət
Prezident: "Biz Cənubi Qafqazda vəziyyəti sabitləşdirməliyik, dayanıqlı sülhə nail olmalıyıq"

Prezident: "Biz Cənubi Qafqazda vəziyyəti sabitləşdirməliyik, dayanıqlı sülhə nail olmalıyıq"

Daxili siyasət Daxili siyasət
Naxçıvanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə yeni direktor təyin edilib

Naxçıvanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə yeni direktor təyin edilib

Daxili siyasət Daxili siyasət
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM - SİYAHI

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM - SİYAHI

Daxili siyasət Daxili siyasət
Dövlət qulluqçularının əsgərlikdə olduğu müddət qulluq stajı hesablanarkən nəzərə alınacaq

Dövlət qulluqçularının əsgərlikdə olduğu müddət qulluq stajı hesablanarkən nəzərə alınacaq

Daxili siyasət Daxili siyasət
YAP və Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində konfrans keçirilib

YAP və Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində konfrans keçirilib