Azərbaycan Premyer Liqasında yeni azarkeş rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında yeni azarkeş rekordu qeydə alınıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında tamaşaçı sayında yeni rekord qeydə alınıb.

"Birxeber.Az"un məlumatına görə, XXXII turun "Sumqayıt" - "Qarabağ" matçını 9300 azarkeş izləyib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qeydə alınan bu göstərici 2023/2024 mövsümünün yeni rekordudur.

Daha əvvəl bu arenada gerçəkləşən XXI turun "Sumqayıt" - "Neftçi" qarşılaşmasında 8100 tamaşaçı olub.

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" görüşü "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə bitib - 1:0.