Azərbaycan Premyer Liqasında XXXII tur başa çatır

Azərbaycan Premyer Liqasında XXXII tur başa çatır

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulacaq.

"Report"un məlumatına görə, günün yeganə matçında "Zirə" "Araz-Naxçıvan"ı qəbul edəcək.

Qarşılaşma saat 19:00-da start götürəcək.

Paytaxt klubu 49 xalla dördüncü, Naxçıvan təmsilçisi 32 xalla doqquzuncudur.

Qeyd edək ki, daha öncə "Neftçi" "Turan Tovuz"u (3:0), "Sabah" "Səbail"i (2:0), "Kəpəz" "Qəbələ"ni (1:0), "Sumqayıt" "Qarabağ"ı (1:0) məğlub edib.