"Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir"

"Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir"

"Azərbaycan regionda sülh, təhlükəsizlik və normal əməkdaşlığın bərqərar olması istiqamətində açıq, dürüst siyasət yürüdür, bütün hallarda münaqişə və gücün əleyhinədir. Ölkəmiz işğalçı Ermənistanla sülhə, əmin-amanlığa sadiqliyini 28 il ərzində sübuta yetirib. Amma qarşı tərəfin qeyri-konstruktivliyi, səmimi olmayan siyasəti bizə başqa seçim qoymadı. Düşmənin növbəti ərazi iddiasına, məsuliyyətsiz bəyanatına, təmas xəttindəki təxribatlarına şanlı ordumuz layiqli cavab verərək işğala son qoyub".

Bu fikirləri "Birxeber"a açıqlamasında Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, hazırda regionun güc mərkəzi olan Azərbaycan Vətən müharibəsində əldə edilən parlaq qələbədən sonra qarşı tərəfə barış əlini uzadır, qan tökülməyin əleyhinə olduğunu diqqətə çatdırır: "Rəsmi Bakı beynəlxalq hüququn prinsip və normaları çərçivəsində humanizm ənənələrinə sadiq qalaraq sülh müqaviləsinin bağlanmasının, bölgədə sabitliyin gerçəkləşməsinə səy göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir. Çünki İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün əlverişli imkan var".

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Brüsselə növbəti işgüzar səfəri də sülh prosesinin sürətlənməsi məqsədi daşıyır: "Görüşdə dövlətimizin başçısı Şarl Mişelin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirib. Avropa İttifaqı Şurasının Prezidenti üçtərəfli görüşdən sonra mətbuata açıqlamasında rəhbəri olduğu təşkilatın Cənubi Qafqazdakı vəziyyətə və Avropa İttifaqının hər iki ölkə ilə, eləcə də, regionla əlaqələrinin inkişafına diqqət yetirdiyini xatırladaraq, proseslərin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərin həll olunacağına əminliyini ifadə edib.

Görüşdə liderlər tərəfindən nəqliyyat əlaqələrini blokdan çıxarmağa başlamağın zəruriliyi ilə bağlı razılığa gəlinərək, Azərbaycanın qərb hissəsi və Naxçıvan, habelə Ermənistanın müxtəlif bölgələri arasında respublikamızdan keçməklə tranzit, eləcə də hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq daşımalara dair prinsiplər razılaşdırılıb. Xüsusilə, beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, torpaq haqları, eləcə də gömrük qaydaları barədə razılıq əldə olunub. Bütün bunlarla yanaşı, Avropa İttifaqının tərəflərlə birlikdə hər iki ölkə xalqının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məsləhət Qrupunun işini təşviq edəcəyi də diqqətə çatdırılıb.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşündə dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyini də bir daha vurğulayıb. Dövlətimizin başçısı 10 noyabr tarixli Bəyanatının bütün müddəalarının Ermənistan tərəfindən öhdəlik kimi icra olunmasının zəruriliyinə toxunub.

R.Mahmudov vurğulayıb ki, dünyada ciddi narahatlıq doğuran hadisələrin, ziddiyyətli dəyşikliklərin baş verdiyi bir dövrdə Prezident İlham Əliyev regionda sülhə nail olmaq, inkişaf və tərəqqinin təminatçısı kimi bölgəyə töhfələrini vermək istəyir: "Düşünürəm ki, qarşı tərəf Azərbaycanın bölgə üçün olduqca faydalı olacaq təkliflərini düzgün təhlil etməli, regionun inkişafı naminə üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir".

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov qazaxıstanlı nazirlə görüşüb

Ceyhun Bayramov qazaxıstanlı nazirlə görüşüb

Xarici siyasət Xarici siyasət
Quen: “Fransa Senatı Azərbaycan ilə münasibətlərə növbəti dəfə zərbə vurur”

Quen: “Fransa Senatı Azərbaycan ilə münasibətlərə növbəti dəfə zərbə vurur”

Xarici siyasət Xarici siyasət
Azərbaycan ərazi bütövlüyü məsələsində Səudiyyə Ərəbistanının göstərdiyi dəstəyi yüksək qiymətləndirir

Azərbaycan ərazi bütövlüyü məsələsində Səudiyyə Ərəbistanının göstərdiyi dəstəyi yüksək qiymətləndirir

Xarici siyasət Xarici siyasət
Çavuşoğlu: “Orta dəhlizin önəmini artırmaq üçün birlikdə daha çox çalışacağıq”

Çavuşoğlu: “Orta dəhlizin önəmini artırmaq üçün birlikdə daha çox çalışacağıq”

Xarici siyasət Xarici siyasət
Azərbaycan Ermənistanın hüquq pozuntuları ilə bağlı BMT-ni tədbir görməyə çağırıb

Azərbaycan Ermənistanın hüquq pozuntuları ilə bağlı BMT-ni tədbir görməyə çağırıb

Xarici siyasət Xarici siyasət
ABŞ tarixçisi: “Xocalı faciəsini insanlara izahı belə, dəhşətlidir”

ABŞ tarixçisi: “Xocalı faciəsini insanlara izahı belə, dəhşətlidir”

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Fələstin arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür

Azərbaycan və Fələstin arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov: "Azərbaycanlı ekofəalların tələbləri hələ də cavablandırılmayıb"

Ceyhun Bayramov: "Azərbaycanlı ekofəalların tələbləri hələ də cavablandırılmayıb"

Xarici siyasət Xarici siyasət
Sergey Lavrov: “Çox təəssüf ki, Ermənistan bu fürsəti əldən verdi”

Sergey Lavrov: “Çox təəssüf ki, Ermənistan bu fürsəti əldən verdi”

Xarici siyasət Xarici siyasət
"Dünya Mehriban Əliyevanın simasında yüksək mənəvi-əxlaqi dəyərlərə malik Azərbaycan qadınının obrazını gördü" - RƏY

"Dünya Mehriban Əliyevanın simasında yüksək mənəvi-əxlaqi dəyərlərə malik Azərbaycan qadınının obrazını gördü" - RƏY

Xarici siyasət Xarici siyasət
TÜRKSOY-un Baş katibi: “Ermənistanın işğalçılıq siyasəti və tarixi-mədəni irsə davranışı qeyri-insanidir”

TÜRKSOY-un Baş katibi: “Ermənistanın işğalçılıq siyasəti və tarixi-mədəni irsə davranışı qeyri-insanidir”

Xarici siyasət Xarici siyasət
Polad Bülbüloğlu: “Rusiyadakı azərbaycanlılar birlik göstərərək Türkiyəyə yardım ediblər”

Polad Bülbüloğlu: “Rusiyadakı azərbaycanlılar birlik göstərərək Türkiyəyə yardım ediblər”