Bayden və Netanyahu Qəzzada yeni keçid məntəqələrinin açılmasını müzakirə ediblər

Bayden və Netanyahu Qəzzada yeni keçid məntəqələrinin açılmasını müzakirə ediblər

ABŞ Prezidenti Co Bayden və İsrailin Baş naziri Benyamin Netanyahu telefon danışığı zamanı Qəzza zolağının şimalında yeni keçid məntəqələrinin açılmasını müzakirə ediblər.

Birxeber.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir.

İkitərəfli söhbət zamanı Bayden İsrailin təhlükəsizliyinə sadiqliyini bir daha təsdiqləyib.

Tərflər həmçinin girovların azad edilməsi və Qəzzada dərhal atəşkəsin əldə olunması məsələləri ətrafında fikir mübadiləsi aparıb.