Füzuli sakini: Sevincimin həddi-hüdudu yoxdur

Füzuli sakini: Sevincimin həddi-hüdudu yoxdur

Çox sevinirəm, həyəcanlıyam. Sevincimin həddi-hüdudu yoxdur.

“Birxeber.Az” xəbər verir ki, bunları jurnalistlərə Füzulidən olan keçmiş məcburi köçkün Şirxan Muradov deyib.

“Füzulini tərk edəndə 35 yaşım vardı, indi isə 66 yaşım var. Ora köçən hər kəsə bundan sonrakı həyatının doğma yurdunda davam etməsini arzulayıram”, - keçmiş məcburi köçkün əlavə edib.

Qeyd edək ki, bu gün Füzuli şəhərinə daha 39 ailənin köçü başlayıb. 153 nəfər keçmiş məcburi köçkün, o cümlədən Bakı şəhərindən 27 ailə (110 nəfər), Sumqayıt şəhərindən 5 ailə (14 nəfər), Füzuli rayonundan 3 ailə (10 nəfər), Şamaxı rayonundan 2 ailə (8 nəfər), Abşeron rayonundan 1 ailə (7 nəfər), Yevlax şəhərindən 1 ailə (4 nəfər) yola salınıb.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə köçürülən ailələrin ümumi sayı 822-yə (3 132 nəfər) çatıb.