Milli Muğam Müsabiqəsi başlayır

Milli Muğam Müsabiqəsi başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Milli Muğam Müsabiqəsi başlayır.

"Birxeber.Az" xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən müsabiqə 2023-cü il aprelin 24-dən 27-dək baş tutacaq.

Milli Muğam Müsabiqəsinə qeydiyyat aprelin 10-dək aparılacaq. Musiqi yarışmasında yaşı 18-dən 35-dək olan xanəndə və instrumental ifaçılar iştirak edə bilər. Qeydiyyat zamanı hər iştirakçı muğam ənənəsinin zənginliyi və rəngarəngliyini əks etdirən solo və müşayiətlə canlı ifa edəcəyi proqram barədə məlumat təqdim etməlidir. İştirak ərizələri elektron formatda [email protected] ünvanına göndərilməlidir. Ərizədə iştirakçının adı, soyadı, doğum tarixi, əlaqə nömrələri, elektron poçt ünvanı, yaradıcılığı və ifa edəcəyi proqram barədə məlumat, müşayiət edən heyət üzvlərinin adları qeyd olunmalıdır. Ətraflı məlumat üçün WhatsApp nömrələri: (070) 233 73 78, (070) 663 80 80.

Müsabiqə ilkin seçim və iki əsas turdan ibarət olacaq. Yarışmaya vəsiqə qazanan iştirakçılar aprelin 20-də elan ediləcək. Yarışmanın 1-ci turu aprelin 24-25-i, 2-ci turu isə aprelin 26-27-si keçiriləcək.

Aprelin 27-də xanəndə və instrumental ifa kateqoriyaları üzrə qaliblər seçiləcək. Xanəndə və instrumental kateqoriyalarında 1, 2 və 3-cü yerin hər bir qalibi müvafiq olaraq 7 000, 5 000 və 3 000 AZN mükafat qazanacaq.

Milli Muğam Müsabiqəsinin qalibləri ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcək.

Son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində fundamental işlər görülüb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən milli muğam müsabiqələri və beynəlxalq muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş dirijor təyin olunub

Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş dirijor təyin olunub

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Bakıda Novruz şənliyi və bahar havası - FOTOREPORTAJ

Bakıda Novruz şənliyi və bahar havası - FOTOREPORTAJ

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
AYB-nin Qubadlı bölməsinin adı dəyişdirilib

AYB-nin Qubadlı bölməsinin adı dəyişdirilib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
"Molla Nəsrəddin" lətifələrinin şifahi ənənəsi UNESCO-nun Dünya İrs siyahısına salınıb

"Molla Nəsrəddin" lətifələrinin şifahi ənənəsi UNESCO-nun Dünya İrs siyahısına salınıb

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Füzuli Dövlət Dram Teatrı mövsümə "Molla Nəsrəddin" tamaşası ilə yekun vurub

Füzuli Dövlət Dram Teatrı mövsümə "Molla Nəsrəddin" tamaşası ilə yekun vurub

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Prezident İlham Əliyev: "Azərbaycanda Tofiq Quliyevin xatirəsi əbədiləşdirilib"

Prezident İlham Əliyev: "Azərbaycanda Tofiq Quliyevin xatirəsi əbədiləşdirilib"

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
"Koroğlu" operası gələn il yenidən səhnələşdiriləcək

"Koroğlu" operası gələn il yenidən səhnələşdiriləcək

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Lənkəranda “Eurovillage” Avropa Mədəniyyəti Festivalı keçiriləcək

Lənkəranda “Eurovillage” Avropa Mədəniyyəti Festivalı keçiriləcək

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
“Azərbaycan kinosu - 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forumun ilk günü yekunlaşıb - YENİLƏNİB

“Azərbaycan kinosu - 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forumun ilk günü yekunlaşıb - YENİLƏNİB

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Klassik filmlərimiz Meksikada nümayiş olunacaq

Klassik filmlərimiz Meksikada nümayiş olunacaq

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Moskvada Azərbaycan neftçilərinə həsr edilmiş "Neft Buruğu” art-obyektinin açılışı olub

Moskvada Azərbaycan neftçilərinə həsr edilmiş "Neft Buruğu” art-obyektinin açılışı olub

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Opera studiyasında Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert keçirilib

Opera studiyasında Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert keçirilib