Lavrov: "Qərbin Ukrayna ilə bağlı hazırladığı layihə pozulub, bunu özləri də başa düşürlər"

Lavrov: "Qərbin Ukrayna ilə bağlı hazırladığı layihə pozulub, bunu özləri də başa düşürlər"

Qərbin Ukrayna ilə bağlı hazırladığı layihə pozulub, bunu özləri də başa düşürlər.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov diplomatik nümayəndəliklərin rəhbərləri ilə Ukrayna ətrafındakı vəziyyətlə bağlı keçirdiyi dəyirmi masada deyib.

Onun sözlərinə görə, Qərb bunu anlasa da, artıq Ukraynaya dəstək verməkdən imtina edə bilmir: "Ukraynadakı döyüşlərdən sonra Rusiyanın növbəti hədəfinin Baltikyanı ölkələr, İsveç və Finlandiya olmasına dair iddialar absurddur. Qərb artıq iki ildən az müddətdə Ukraynaya 200 milyard dollardan çox vəsait ayırıb”.