Naxçıvanda filiz yataqları və yeraltı su ehtiyatları yenidən qiymətləndirilir

Naxçıvanda filiz yataqları və yeraltı su ehtiyatları yenidən qiymətləndirilir

Naxçıvan Muxtar Respublikasında filiz yataqlarının və yeraltı su ehtiyatlarının təftişi və monitorinqilərinin yenindən qiymətləndirilməsi aparılır.

“Report”un yerli bürosu xəbər verir ki, bu məqsədlə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov və Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev Naxçıvana səfər ediblər.

Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev qiymətləndirmə əsasında görüləcək işlərlə bağlı bildirib ki, muxtar respublika ərazisində çoxsaylı filiz və qeyri filiz yataqları mövcuddur.

Belə ki, son 50 - il ərzində burada 13 zəngin ehtiyatlara malik filiz yataqları, bura həm mis, həm sink, həm əlvan və nəcib metallar daxildir. Eyni zamanda 70 qeyri-filiz inşaat materialları və tikinti materialları kəşf edilmiş və ehtiyatları hesablanmışdır.

O deyib ki, artıq bu faydalı qazıntı yataqlarından istifadənin perespektiv istiqamətləri nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına yeni istehsal sahələrinin qatılmasına başlamaq lazımdır: "Paralel olaraq biz eyni zamanda Naxçıvan Muxtar Respublikasında mövcud yeraltı su hövzələrinin qiymətləndirilməsi ilə də məşğuluq. Hazırda biz Naxçıvan Muxtar Respublikasının Qahab kəndi ərazisində subartezian quyularının qazılması üçün, perespektiv sahələrin seçilməsi ilə bağlı xüsusi geofiziki tədqiqatlar aparmaqdayıq.

Təbii ki, muxtar respublika ərazisindəki iri filiz yataqlarının eyni zamanda tikinti və inşaat materialları yataqlarının artıq sənayeyə və tikinti sektorlarına qatılmasında bəlli bir tədqiqatlar kompleksinin həyata keçirilməsinə ehtiyac duyuruq. Artıq bu gün biz Naxçıvanın müvafiq nazirlikləri və qurumları ilə bu məsələlərin müzakirəsini həyata keçirdik və müzakirələr zamanı əlimizdə olan fond məlumatlarının daha dəqiqləşdirilməsi və onların resurslarının rentabellik dərəcəsinin müəyyənləşdirilməsi istiqamətində bir yol xəritəsi cızdıq.

Artıq ən yaxın gələcəkdə biz bu faydalı qazıntıların istismar edilməsinə, investisiyaların cəlb edilməsi, özəl sektorun bu sahəyə cəlb edilməsi istiqamətində müəyyən müzakirələrimiz icra edildi və düşünürəm ki, ən qısa zamanda bu məsələlər icra ediləcəkdir. Biz bu gün Naxçıvan Muxtar Respublikası ərazisində 70 filiz və qeyri filiz və inşaat materialları, 18 yeraltı su yataqları haqqında bəlli məlumatlara malikik və bu məlumatların artıq yenidən qiymətləndirilməsi və muxtar respublikanın həyatına daxil edilməsində çalışmalara başlayırıq. İntensiv çalışmalar gözlənilir. Və burda həm Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəsisləri yaxından iştirak edəcəkdir".

Ekologiya Ekologiya
Zəngilanda Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib - YENİLƏNİB-2

Zəngilanda Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib - YENİLƏNİB-2

Ekologiya Ekologiya
Bakıda ümumşəhər daxili iməciliyi keçirilib, 533 küçə yuyulub

Bakıda ümumşəhər daxili iməciliyi keçirilib, 533 küçə yuyulub

Ekologiya Ekologiya
Yağıntılı hava davam edib, dağlıq və dağətəyi rayonlarda qar yağıb - FAKTİKİ HAVA

Yağıntılı hava davam edib, dağlıq və dağətəyi rayonlarda qar yağıb - FAKTİKİ HAVA

Ekologiya Ekologiya
Qaxda “Heydər Əliyev İli” çərçivəsində ümumrayon iməciliyi keçirilib

Qaxda “Heydər Əliyev İli” çərçivəsində ümumrayon iməciliyi keçirilib

Ekologiya Ekologiya
Nazirlik rəsmisi: "Yasamalda baş verən hadisə torpaq sürüşməsi deyil, orda sürüşmə potensialı da yoxdur"

Nazirlik rəsmisi: "Yasamalda baş verən hadisə torpaq sürüşməsi deyil, orda sürüşmə potensialı da yoxdur"

Ekologiya Ekologiya
Naxçıvanda yağıntıların artımı su ehtiyatlarına müsbət təsir göstərib

Naxçıvanda yağıntıların artımı su ehtiyatlarına müsbət təsir göstərib

Ekologiya Ekologiya
Küləkli hava şəraiti martın 15-i gecə saatlarınadək davam edəcək

Küləkli hava şəraiti martın 15-i gecə saatlarınadək davam edəcək

Ekologiya Ekologiya
Yel çərşənbəsində 20 000  ağac əkilib

Yel çərşənbəsində 20 000 ağac əkilib

Ekologiya Ekologiya
Türkiyəli nazir: “Azərbaycanla qardaşlığa əsaslanan əlaqələrimiz bundan sonra da inkişaf edəcək”

Türkiyəli nazir: “Azərbaycanla qardaşlığa əsaslanan əlaqələrimiz bundan sonra da inkişaf edəcək”

Ekologiya Ekologiya
Bakıda və rayonlarda qar yağacaq, temperatur 8-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Bakıda və rayonlarda qar yağacaq, temperatur 8-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Ekologiya Ekologiya
Sabah Bakıda hava yağmursuz olacaq

Sabah Bakıda hava yağmursuz olacaq

Ekologiya Ekologiya
Şuşaya dolu yağır

Şuşaya dolu yağır