Xilasedicilər Göygöldə çətin keçilən ərazidən 1 nəfərin meyitini çıxarıb - YENİLƏNİB
Göygöldə çətin keçilən ərazidən meyiti tapılan şəxsin kimliyi məlum olub.
Birxeber.Az-nın yerli bürosunun xəbərinə görə, meyiti aşkarlanan Qızılca kənd sakini 1969-cu il təvəllüdlü Fazil Bayramovdur.
Faktla bağlı araşdırma aparılır.
***
saat 16.21
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Qızılca kəndində 1 nəfərin meyitinin çətin keçilən ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
FHN-dən Birxeber.Az-ya verilən xəbərə görə, müraciətlə əlaqədar Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində meyit çətinkeçilən ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.