Amsterdamda keçirilən aksiyada 100-dən çox fəal saxlanılıb

Amsterdamda keçirilən aksiyada 100-dən çox fəal saxlanılıb

Amsterdam polisi 100-dən çox ətraf mühit fəalını saxlayıb.

APA xəbər verir ki, bu barədə "NOS" telekanalı məlumat yayıb.

Fəallar “ING Bank”ın keçmiş baş ofisinin qarşısından yola çıxıb və maliyyə qurumundan mədən şirkətlərini maliyyələşdirməyi dərhal dayandırmağı tələb ediblər.

Polis vəziyyətə müdaxilə edərək dinc aksiya keçirən 100-ə yaxın adamı saxlayıb. İki saatdan sonra nəqliyyatın hərəkəti bərpa edilib.

Saxlanılan 30-a yaxın şəxs yol-nəqliyyat hadisələrinə səbəb ola biləcək hərəkətlərdə şübhəli bilinir.

Digərləri ictimai toplantılar haqqında qanunu pozduqları üçün saxlanılıb.