Azərbaycan millisi cüdo üzrə Avropa çempionatında tarixi uğura imza atıb

Azərbaycan millisi cüdo üzrə Avropa çempionatında tarixi uğura imza atıb

Azərbaycanın cüdo yığması aprelin 25-dən 27-dək Zaqrebdə keçirilən Avropa çempionatında iki qızıl və bir gümüş medal qazanaraq 1993-cü ildən bəri ən yaxşı nəticəni əldə edib.

"Birxeber.Az"un məlumatına görə, Elcan Hacıyev 90 kq çəki dərəcəsində Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb.

O, rəqibləri arasında olan gürcüstanlı olimpiya çempionu ,bu kateqoriyanın lideri Laşa Bekaurini məğlub edib.

73 kq çəki dərəcəsində dünya reytinqində lider olan Hidayət Heydərov karyerasında 4-cü dəfə Avropa çempionu titulunu qazanıb.

Balabəy Ağayev 60 kq çəki dərəcəsində gümüş medal qazanıb. Turan Bayramov (60 kq), Aydan Vəliyeva (52 kq), Murad Fətiyev (90 kq) və Zelim Kotsoyev (-100 kq) isə 5-ci yeri tutublar.