Kansler almaniyalı hərbçilərin Ukraynaya göndərilməsini istisna edib

Kansler almaniyalı hərbçilərin Ukraynaya göndərilməsini istisna edib

Almaniya kansleri Olaf Şolts almaniyalı hərbçilərin Ukraynaya göndərilməsini və Kiyevi uzaq mənzilli “Taurus” qanadlı raketləri ilə təchiz etməyi bir daha istisna edib.

“Birxeber.Az” xəbər verir ki, “Almaniya Sosial Demokrat Partiyası”nın Lüneburqdakı tədbirində çıxışı zamanı Şolts deyib:

“Elə silahlar var ki, onları yalnız hər şeyə nəzarət edə bilsəniz, təmin etmək olar. Silah sistemi o qədər təsirli və dəqiqdir ki, birbaşa yaşayış olan otağa yönəldirilə bilər. Bunu etsəydik, müharibəyə qatılacağıq. Bu müharibədə almaniyalı əsgərlər və NATO əsgərləri olmayacaq. Biz Ukrayna daxilində əsgərlərimizlə əməliyyat keçirməyəcəyik və onun hüdudlarından kənarda hədəfin idarə edilməsi və buna bənzər hərbi fəaliyyətlər həyata keçirməyəcəyik”.