Gürcüstan Avropa ölkələrinə ilbiz ixracını artırıb

Gürcüstan Avropa ölkələrinə ilbiz ixracını artırıb

2023-cü ildə Gürcüstan 151,4 ton ilbiz ixrac edib.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Statistika Komitəsi məlumat verib.

Məlumata görə, bu, əvvəlki illə müqayisədə təxminən 242 % çoxdur. İlbizlərin dəyəri təxminən 1,3 milyon dollar olub.

Ən çox ilbizlər Fransaya satılıb - 150 ton, İtaliya ikinci yerdədir - 1,2 ton.