İmişli-Biləsuvar yolunda qəza olub, 2 nəfər ölüb

İmişli-Biləsuvar yolunda qəza olub, 2 nəfər ölüb

İmişli-Biləsuvar avtomobil yolunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ölüb.

Birxeber.Az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında İmişli-Biləsuvar avtomobil yolunda baş verib.

"Toyota Prado" markalı avtomobilin aşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Yaralılar İmişli xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.