"Barselona" iki futbolçu ilə bağlı qərar verib

"Barselona" iki futbolçu ilə bağlı qərar verib

İspaniyanın “Barselona” klubunda icarə əsasında çıxış edən Joau Kanselu və Joau Feliksin taleyinə aydınlıq gəlib.

“Birxeber.Az” “Sport.es” nəşrinə istinadən xəbər verir ki, “Barsa” rəhbərliyi Kanselunun xidmətində maraqlıdır və müdafiəçi ilə yeni mövsümün əvvəlində müqavilə bağlamaq üçün “Mançester Siti”yə təklif göndərəcək.

Feliksin isə Kataloniya təmsilçisindən göndərilməsi gündəmdədir. Müqavilə ilə “Atletiko”ya (Madrid) məxsus olan yarımmüdafiəçinin öz klubuna qaytarılması gözlənilir.

Qeyd edək ki, “Barselona” baş məşqçisi Xavi ilə müqaviləni uzadacaq. O, yeni mövsüm üçün iddialı heyət formalaşdırmağı planlaşdırır.