İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB

İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB

İmişli-Biləsuvar avtomobil yolunda baş verən yol-nəqliyyat qəzası nəticəsində xəsarət alanların sayı artıb.

"Birxeber.Az"un Muğan bürosunun məlumatına görə, qəzada xəsarət alan daha bir nəfər - 1976-ci il təvəllüdlü Sənan Vəliyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bununla da avtoqəza nəticəsində xəsarət alanların sayı 4-ə çatıb.

Qeyd edək ki, hadisə bu gün İmişli-Biləsuvar avtomobil yolunda qeydə alınıb. "Toyota Prado" markalı avtomobilin aşması nəticəsində iki nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Faktla bağlı araşdırmalar aparılır.

18:47

İmişli-Biləsuvar avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

"Birxeber.Az"un Muğan bürosunun məlumatına görə, hadisə İmişli-Biləsuvar avtomobil yolunun 6-cı kilometrliyində, yolun İmişlidən keçən hissəsində qeydə alınıb.

"Toyota Prado" markalı avtomobilin aşması nəticəsində Ramil Vəliyev və Adil Sadıqov dünyasını dəyişib.

Avtomobildə olan sərnişinlər Fatma Şərifova, Abdullah Ramil, Muhəmməd Vüsal müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.