Azərbaycan Premyer Liqasında XXXII tura start verilib 

Azərbaycan Premyer Liqasında XXXII tura start verilib 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tur start götürüb.

"Report" xəbər verir ki, turnir cədvəlində qonşu olan komandalar - "Sabah" və "Səbail" kollektivlərinin duelində birincilər qələbə qazanıb - 2:0.

"Bank Respublika Arena"da keçirilən matçda hesabı 22-ci dəqiqədə Con İrasabal açıb. 39-cu dəqiqədə Cesse Sekidika fərqi iki topa çatdırmaqla yekun hesabı müəyyənləşdirib.

Bu nəticənin ardından Krunoslav Renduliçin komandası xal ehtiyatını 49-a çatdırıb. "Dənizçilər" isə 42 xalda qalıb.

Qeyd edək ki, turun digər görüşləri aprelin 28-i və 29-da baş tutacaq.