Ötən il “AzerGold” QSC və törəmə şirkətləri tərəfindən 38.4 mln. manat vergi ödənilib

Ötən il “AzerGold” QSC və törəmə şirkətləri tərəfindən 38.4 mln. manat vergi ödənilib

Ötən il “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əldə etdiyi iqtisadi gəlirlər fonunda dövlət büdcəsinə vergi və sosial köçürmələr formasında ödənişlər də davam etdirilib. Belə ki, 2023-cü il ərzində “AzerGold” QSC və törəmə şirkətlər tərəfindən ümumilikdə 38.4 milyon manat vergi ödənilib.

Birxeber.Az-Economics”in xəbərinə görə, bunu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hesabat ilində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 7.6 milyon manat ödəniş edilib.