Ulyanovskda təhlükəli yükün ətrafa dağılmasına səbəb olan maşinistə hökm oxunub - VİDEO
Rusiyanın Ulyanovsk vilayətində 34 yaşlı keçmiş maşinist təhlükəsizlik texnikası qaydalarını pozduğuna görə 1 il həbs cəzasına məhkum edilib.
APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, istintaqla müəyyən edib ki, o, ötən mayın 30-da qatarı idarə etməzdən əvvəl dəmir yolunun “Ulyanovsk-2” mənzilində relslərin təhlükəsizliyini yoxlamayıb.
Nəticədə qaz kondensatı ilə dolu iki ədəd sistern relslərdən çıxaraq aşıb.
Hadisə zamanı dəmir yolu infrastrukturuna 2 milyon rubldan çox ziyan dəysə də təhlükəli yükün ətrafa dağılmasının qarşısı alınıb, eləcə də xəsarət alan olmayıb.