Ukraynada Rusiyaya məxsus RLS sıradan çıxarılıb - VİDEO

Ukraynada Rusiyaya məxsus RLS sıradan çıxarılıb - VİDEO

Ukrayna ordusunun zərbələri nəticəsində Rusiyaya məxsus “Podlyot” səyyar radiolokasiya stansiyası sıradan çıxarılıb.

Birxeber.Az-nın “24tv.ua”ya istinadən xəbərinə görə, əməliyyatı adı çəkilən ölkənin Baş Kəşfiyyat İdarəsi həyata keçirib.

Nəticədə stansiyanın anten-fider sistemi yararsız hala düşüb.

Rusiyada silahlanmaya 2015-ci ildə qəbul edilən və qiyməti 5 milyon ABŞ dollarından artıq olan bu qurğudan hədəflərin aşkarlanaraq, “S-300/S-400” zenit-raket komplekslərinə ötürülməsində istifadə olunub.