Millinin futzalçısı: "Əsas mərhələni qrup lideri kimi tamamlamalıyıq"

Millinin futzalçısı: "Əsas mərhələni qrup lideri kimi tamamlamalıyıq"

"Keçirəcəyimiz hər iki oyun bizim üçün əhəmiyyətlidir. Çünki komandanın qarşısına konkret tapşırıq qoyulub: əsas mərhələni qrup lideri kimi tamamlamaq. Bunun üçün də yaxşı şansımız var".

"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin futzalçısı Tyaqo Bolinya DÇ-2024-ün əsas mərhələsində Yunanıstan və Polşa yığmalarına qarşı keçirəcəkləri oyunlar barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

İlk matçın Ellada təmsilçisi ilə olacağını xatırladan 36 yaşlı oyunçu bildirib ki, görüş kənardan asan dəyərləndirilsə də, meydanda hadisələr heç də proqnozlaşdırıldığı kimi cərəyan etməyəcək: "Bunun üçün yaxşı hazırlaşmalı, oyuna konsantrasiya olmalıyıq. Düzdür, Afinada rəqibimizi 7:0 hesabı ilə yenmişik. Ancaq hər qarşılaşma fərqli olur. Rəqibimizə hörmətlə yanaşmalıyıq".

Braziliya əsilli futzalçı Polşaya qarşı görüşün çox çətin keçəcəyini söyləyib: "Onlar fiziki cəhətdən güclü, təcrübəli futzalçılardan təşkil olunmuş komandadır. Bakıdakı matçı da xatırlasaq, vəziyyət aydın olar. Hazırda turnir cədvəlinə Azərbaycan millisi başçılıq edir. Son iki matçdan sonra da hazırkı mövqeyimizdə yer almaq istəyirik. Şansımızı düzgün dəyərləndirməyə çalışacağıq".

O, komandadakı atmosfer çox yaxşı olduğunu vurğulayıb: "Demək olar, hamımız yaxşı formadayıq, öz klublarımızda daimi oynayırıq, hazırıq. Problem vaxt azlığı ilə bağlıdır. Bu müddəti də FİFA təyin edir. Biz keçirəcəyimiz 5 məşqdən maksimum istifadə etməli, baş məşqçinin taktiki tapşırıqlarını mənimsəməliyik. Əmin ola bilərsiniz ki, meydana kim çıxsa, bacardığının ən yaxşısını edəcək. Yeri gəlmişkən, azarkeşlərimizə səslənirəm: martın 3-də hər birinizi Bakı İdman Sarayında gözləyirik. Dəstəyiniz bizim üçün vacibdir. İndiyə qədər bizi yalqız buraxmamısınız, bu dəfə də belə olacağına əminəm”.

Qeyd edək ki, Azərbaycan millisi martın 3-də Bakı İdman Sarayında Yunanıstanı qəbul edəcək. Matç saat 20:00-da başlayacaq. Yığma 4 gün sonra isə Koszalin şəhərindəki idman zalında Polşa ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Futbol Futbol
Milli çempionatlarda ən çox qol vuran futbolçular açıqlanıb

Milli çempionatlarda ən çox qol vuran futbolçular açıqlanıb

Futbol Futbol
Azərbaycan Premyer Liqası: Növbəti turun hakimləri açıqlanıb

Azərbaycan Premyer Liqası: Növbəti turun hakimləri açıqlanıb

Futbol Futbol
Azərbaycan Premyer Liqası: Daha 2 turun oyun cədvəli bəlli olub

Azərbaycan Premyer Liqası: Daha 2 turun oyun cədvəli bəlli olub

Futbol Futbol
“Qarabağ” Avropada mövqeyini qoruyub

“Qarabağ” Avropada mövqeyini qoruyub

Futbol Futbol
Almaniya millisinin qapıçısı xərçəng xəstəliyinə görə 3 dəfə əməliyyat olunub

Almaniya millisinin qapıçısı xərçəng xəstəliyinə görə 3 dəfə əməliyyat olunub

Futbol Futbol
"Turan Tovuz"un baş məşqçisi: "Üzücü məğlubiyyət oldu"

"Turan Tovuz"un baş məşqçisi: "Üzücü məğlubiyyət oldu"

Futbol Futbol
Ronaldu azarkeşlərlə vidalaşıb: "Yeni çağırış axtarmağın vaxtı çatıb"

Ronaldu azarkeşlərlə vidalaşıb: "Yeni çağırış axtarmağın vaxtı çatıb"

Futbol Futbol
“Mançester Siti”nin qapıçısı Premyer Liqanın tarixinə düşüb

“Mançester Siti”nin qapıçısı Premyer Liqanın tarixinə düşüb

Futbol Futbol
"Qarabağ" yoldaşlıq oyununda "Qalatasaray"a uduzub

"Qarabağ" yoldaşlıq oyununda "Qalatasaray"a uduzub

Futbol Futbol
“Çelsi”nin yeni baş məşqçisi müəyyənləşib

“Çelsi”nin yeni baş məşqçisi müəyyənləşib

Futbol Futbol
Azərbaycan Premyer Liqasında iştirak edəcək klublara lisenziyalar təqdim edilib

Azərbaycan Premyer Liqasında iştirak edəcək klublara lisenziyalar təqdim edilib

Futbol Futbol
Azərbaycan Kuboku: "Neftçi"nin finaldakı rəqibi bəlli olub

Azərbaycan Kuboku: "Neftçi"nin finaldakı rəqibi bəlli olub