Bakıda 36 yaşlı kişi şadlıq sarayında təmir zamanı yıxılaraq ölüb

Bakıda 36 yaşlı kişi şadlıq sarayında təmir zamanı yıxılaraq ölüb

Bakıda 36 yaşlı kişi şadlıq sarayında təmir zamanı yıxılaraq ölüb.

Birxeber.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib.

Məlumata görə, yanvarın 29-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən şadlıq saraylarından birində aparılan təmir işləri zamanı 1988-ci il təvəllüdlü Bəhram Bayramovun dəmir konstruksiyanın üzərindən yerə yıxılması nəticəsində almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.