Adıyamanda yamac paraşütçüləri iki min metr yüksəklikdən atlayıb - VİDEO

Adıyamanda yamac paraşütçüləri iki min metr yüksəklikdən atlayıb - VİDEO

Türkiyənin Adıyaman şəhərində keçirilən Birinci Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsi çərçivəsində yamac paraşütçüləri iki min metr yüksəklikdən atlayıblar.

“Report”un Adıyamana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, yamac paraşütü Tut rayonunda mühüm idman fəaliyyətinə çevrilməyi bacarıb.

Adıyamanın Tut rayonunun Çanaqçı yaylası hava idman növləri ilə məşğul olmaq üçün ən unikal destinasiyalardan biri hesab olunur.

Qeyd edək ki, tədbir Tut Rayon İcra Hakimiyyəti nəzdində Tut Aviasiya və İdman Klubunun təşkilatçılığı və Tut Bələdiyyəsinin dəstəyi ilə yamac paraşütü idmanının mərkəzi olmağı və dünyanın hər yerindən idmançıları qəbul etməyi hədəfləyir.