Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yanğın təlimi - VİDEO

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yanğın təlimi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Yanğından Mühafizə Hissəsi Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının xidməti ilə birlikdə yanğın zamanı köçürmə planı üzrə hərəkətlərin təlim məşqini uğurla icra edib.

Birxeber xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və FHN Dövlət Yanğından Mühafizə Xidmətinin birgə məlumatında bildirilib.

Əsas məqsədi Liman ərazisində baş verə biləcək fövqəladə vəziyyətlərə qarşı mübarizə bacarığını və işçilərin təhlükəsizliyinin təminini yüksəltmək olan təlim çərçivəsində şərti olaraq biri qapalı, digəri isə açıq sahədə olmaqla 2 süni yanğın ocağı formalaşdırılıb.

Daha sonra həyəcan siqnalı işə düşüb və qısa zamanda Limanda yanğın baş verən ərazi üzrə mövcud olan könüllü yanğından mühafizə dəstəsi alova ilkin müdaxiləyə başlayıb.

Eyni zamanda, ərazidə olan bütün şəxslər toplama məntəqəsinə yönələndirilib və müvafiq şərait qiymətləndirilərək FHN-in “112” qaynar telefon xəttinə məlumat verilib.

Limanın mühafizə xidməti tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilməklə yanaşı, əraziyə cəlb edilən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin operativ nəqliyyat vasitələri və canlı qüvvəsinə yol göstərəcək bayraqdarlar işlərinə başlayıb.
Təlim çərçivəsində çevik reaksiya və doğru müdaxilə nəticəsində hər iki nöqtədəki “alov” qısa zamanda “söndürülüb” və yanğının texniki təlim planına uyğun olaraq hadisə nəticəsində səhhəti pisləşən bir işçi FHN-in əməkdaşları tərəfindən təxliyə edilərək Təcili Tibbi Yardım Briqadasına təhvil verilib.

Bakı Limanı ərazisində həyata keçirilən yanğın-texniki təlim çərçivəsində liman heyətinin hadisələrə reaksiyası və ardıcıllığı FHN-in mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib və müvafiq tövsiyələr verilib.

Belə təlimlərin il ərzində bir neçə dəfə keçirilməsi nəzərdə tutulur.

Birxeber
Video / Sosial Video / Sosial
Bakıda hansı evlər sənədləşdirilməyəcək? - VİDEO

Bakıda hansı evlər sənədləşdirilməyəcək? - VİDEO

Video / Sosial Video / Sosial
“Miniboss Business School Baku”nun təşkilatçılığı ilə “Startap Forumu 2022” keçirilib - FOTO/VİDEO

“Miniboss Business School Baku”nun təşkilatçılığı ilə “Startap Forumu 2022” keçirilib - FOTO/VİDEO

Video / Sosial Video / Sosial
Bakıda göydən yağış əvəzinə niyə palçıq yağır? - VİDEO

Bakıda göydən yağış əvəzinə niyə palçıq yağır? - VİDEO

Video / Sosial Video / Sosial
Gəncədə toy karvanında ağ "07" ilə "avtoş"luq edənlər kimlərdir?

Gəncədə toy karvanında ağ "07" ilə "avtoş"luq edənlər kimlərdir?

Video / Sosial Video / Sosial
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yanğın təlimi - VİDEO

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yanğın təlimi - VİDEO

Video / Sosial Video / Sosial
Azərbaycanda bu şəxslərin pensiyası 50 faiz artırıla bilər - VİDEO

Azərbaycanda bu şəxslərin pensiyası 50 faiz artırıla bilər - VİDEO

Video / Sosial Video / Sosial
Cəlilabadda 14 kəndi əlaqələndirən yollar yenidən qurulur - FOTO/VİDEO

Cəlilabadda 14 kəndi əlaqələndirən yollar yenidən qurulur - FOTO/VİDEO

Video / Sosial Video / Sosial
Bakının mərkəzində yeraltı piyada keçidini yenə su basdı - VİDEO

Bakının mərkəzində yeraltı piyada keçidini yenə su basdı - VİDEO

Video / Sosial Video / Sosial
Xırdalan şəhərinin mərkəzində avtobus və taksi sürücüləri arasında münaqişə yaşanır - VİDEO

Xırdalan şəhərinin mərkəzində avtobus və taksi sürücüləri arasında münaqişə yaşanır - VİDEO

Video / Sosial Video / Sosial
Sərinləşdirici içkilər günün altında saxlanıldı - VİDEO

Sərinləşdirici içkilər günün altında saxlanıldı - VİDEO