Vətən müharibəsi iştirakçılarına yeni idman protezləri veriləcək

Vətən müharibəsi iştirakçılarına yeni idman protezləri veriləcək

Vətən müharibəsi iştirakçılarına yeni idman protezləri veriləcək.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov ötən ilin yekunları barədə danışarkən deyib.

Onun sözlərinə görə, artıq həmin protezlərin testi aparılıb və geridönüş rəyləri müsbət olub: "Danimarka istehsalı protezlərlə bağlı müqavilə imzalanıb. Artıq həmin protezlər bizə təqdim olunub. Qısa müddət ərzində 20 Vətən müharibəsi iştirakçısına təhvil veriləcək".