Azərbaycanda hərbi xidmətə çağırılanların tibbi müayinədən keçdiyi sistem və meyarlar dəyişdirilir

Azərbaycanda hərbi xidmətə çağırılanların tibbi müayinədən keçdiyi sistem və meyarlar dəyişdirilir

Hərbi xidmətə çağırılanların tibbi müayinəsində fərqli sistem tətbiq ediləcək.

"Report" xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov ötən ilin yekunları barədə danışarkən deyib.

Onun sözlərinə görə, iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı bir sıra qərarların qəbulu üçün yekun tibbi müayinəni Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi aparacaq.

Agentlik sədri bildirib ki, tibbi müayinədə fərqli sistem olacaq: "Bu sahədə ciddi hazırlıq işləri gedir. Elektronlaşma işləri aparılır, meyarların yenidən işlənməsi və yeni müayinə mərkəzinin yaradılması istiqamətində işlər görülür".