Aİ institutları əməkdaşlarına xidməti smartfonlara “Tiktok” quraşdırmağı qadağan edib

Aİ institutları əməkdaşlarına xidməti smartfonlara “Tiktok” quraşdırmağı qadağan edib

Avropa İttifaqı institutları kibertəhlükəsizlik səbəbi ilə əməkdaşlarına “TikTok” sosial şəbəkəsini iş telefonlarına quraşdırmağı qadağan edib.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) mətbuat xidmətindən bildirilib.

“Avropa Komissiyası xidməti elektron cihazlarda “TikTok” tətbiqinin təhlükəsizlik səbəbi ilə quraşdırıla bilinməyəcyinə dair qərar verib. Bu məhdudiyyət şəxsi cihazlara tətbiq olunmur”, - AK-nın məlumatında deyilir.

Aİ institutlarındakı mənbələr Avropa İttifaqı Şurasının daha əvvəl öz rəsmilərinə oxşar təlimat verdiyini bildiriblər.

Son olaraq bu təcrübəyə Avropa Parlamenti qoşulub, ancaq onlar daha da irəli gedərək Avropa Parlamentinin müxtəlif daxili elektron xidmətlərinə, o cümlədən poçt serverlərinə daxil olmaq üçün şifrələrin saxlandığı şəxsi cihazlara da “TikTok” quraşdırmağı qadağan edib.

Bu addımların rəsmi səbəbi “Tiktok” kodunun Çinin xüsusi xidmət orqanları tərəfindən qapalı şəbəkələrə və məlumatlara qanunsuz giriş əldə etmək üçün istifadə edilə biləcəyindən doğan narahatlıqdır.

Daha əvvəl “Reuters” agentliyi Ağ Evin “TikTok” tətbiqinin iş cihazlarında və sistemlərdə quraşdırılmadığından əmin olmaq üçün dövlət qurumlarına 30 gün möhlət verdiyini yazmışdı.

Aİ və ABŞ 2018-ci ildən indiyədək Çin tərəfdən casusluq təhlükəsi ilə mübarizə bəhanəsi altında Çinin İT məhsullarının Qərb bazarlarından çıxıarılması kampaniyası keçirir.

Digər ölkələr Digər ölkələr
"Taliban" qadınların kişilər olmadan həkimə baş çəkməsini qadağan edib

"Taliban" qadınların kişilər olmadan həkimə baş çəkməsini qadağan edib

Digər ölkələr Digər ölkələr
ABŞ-da atışma olub, ölənlər var

ABŞ-da atışma olub, ölənlər var

Digər ölkələr Digər ölkələr
Hulusi Akar Çexiyaya gedib

Hulusi Akar Çexiyaya gedib

Digər ölkələr Digər ölkələr
XİN başçısı: "İsveç NATO-ya üzv olmaq üçün bütün öhdəlikləri yerinə yetirib"

XİN başçısı: "İsveç NATO-ya üzv olmaq üçün bütün öhdəlikləri yerinə yetirib"

Digər ölkələr Digər ölkələr
ABŞ ölkə tarixinin ən böyük illik büdcə kəsiri ilə üzləşib

ABŞ ölkə tarixinin ən böyük illik büdcə kəsiri ilə üzləşib

Digər ölkələr Digər ölkələr
Tunis sahillərində qayıq batıb, 29 nəfər itkin düşüb, ölənlər var

Tunis sahillərində qayıq batıb, 29 nəfər itkin düşüb, ölənlər var

Digər ölkələr Digər ölkələr
Estoniya Aİ-ni Ukraynaya yardımı 5 dəfə artırmağa çağırıb

Estoniya Aİ-ni Ukraynaya yardımı 5 dəfə artırmağa çağırıb

Digər ölkələr Digər ölkələr
Konqoda torpaq sürüşməsi nəticəsində azı 19 nəfər ölüb

Konqoda torpaq sürüşməsi nəticəsində azı 19 nəfər ölüb

Digər ölkələr Digər ölkələr
Peruda etiraz aksiyaları zamanı 4 nəfər ölüb

Peruda etiraz aksiyaları zamanı 4 nəfər ölüb

Digər ölkələr Digər ölkələr
ABŞ Rusiya və Belarusla normal ticarət əlaqələrini dayandırıb

ABŞ Rusiya və Belarusla normal ticarət əlaqələrini dayandırıb

Digər ölkələr Digər ölkələr
Fransa Ukraynaya “Mirage” qırıcıları verə bilər

Fransa Ukraynaya “Mirage” qırıcıları verə bilər

Digər ölkələr Digər ölkələr
Bəhreyn ABŞ-ın "F-16 Block 70" qırıcılarını istifadəyə verən ilk ölkə olub

Bəhreyn ABŞ-ın "F-16 Block 70" qırıcılarını istifadəyə verən ilk ölkə olub