Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun Ağdam şəhərində iclası keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin baş məsləhətçisi, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzi Katibliyinin rəhbərinin müavini Sultan Hacıyev, İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

İşçi Qrupun iclasında, dövlət və özəl strukturlar tərəfindən daxil olmuş müraciətlərə və hökumətin müəyyən etdiyi prioritetlərə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə müvafiq layihələrin icrası məqsədilə nəzərdə tutulmuş ərazilərin mina və partlayıcı qurğulardan təmizlənməsi fəaliyyəti barədə müzakirələr aparılıb.

İclasda açılış nitqi ilə çıxış edən Vüqar Süleymanov İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət və özəl qurumları tərəfindən 68 min hektar ərazinin mina və partlamamış hərbi sursatlardan təmizləndiyini, 82 mindən artıq partlayıcı qurğunun aşkar edilərək zərərsizləşdirildiyini bildirib. Eyni zamanda, Böyük Qayıdış proqramı çərçivəsində Ağdam üzrə strateji əhəmiyyətə malik layihələrin minalardan təmizlənməsi və əlaqəli şəkildə icra edilən bərpa-quruculuq istiqamətində görülən əhəmiyyətli işlər barədə məlumat verib.

İclasda çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev ölkə Prezidentinin azad edilmiş ərazilərin yenidənqurulması və dayanıqlı məskunlaşmanın təmin edilməsi istiqamətindəki tapşırıqlarına uyğun olaraq Qarabağda aparılan minatəmizləmə fəaliyyəti və sosial-iqtisadi layihələrdən danışıb.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin baş məsləhətçisi Sultan Hacıyev Əlaqələndirmə Qərargahının ötən dövr ərzindəki fəaliyyətindən, işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatlarından sonra həyata keçirilən bərpa, quruculuq işlərindən, habelə 2023-cü ildə qarşıda duran vəzifə və öhdəliklərdən söz açıb.

Sonra işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən müxtəlif özəl və dövlət qurumunun əməkdaşları üçün keçirilən təlimlərin əhəmiyyəti, minatəmizləmə sahəsində mövcud resursların birgə faydalı istismarına dair müzakirələr aparılıb.

Ağdam rayonunda keçirilən tədbir çərçivəsində minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumların 2023-cü il üzrə hökumət tərəfindən müəyyən edilmiş ərazilərdə icra etdiyi təmizləmə sahələrinə səfərlər edilib, layihələrin icrasına baxış keçirilib.

Daxili siyasət Daxili siyasət
Naxçıvan Baş Gömrük İdarəsində Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib

Naxçıvan Baş Gömrük İdarəsində Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib

Daxili siyasət Daxili siyasət
Azərbaycanda 2023-2025-ci illər üçün Baş Kollektiv Saziş layihəsi hazırlanıb

Azərbaycanda 2023-2025-ci illər üçün Baş Kollektiv Saziş layihəsi hazırlanıb

Daxili siyasət Daxili siyasət
Baş Prokuror: “Zərurət yaranarsa, prokurorluq və DTX əməkdaşları İrana ezam olunacaq”

Baş Prokuror: “Zərurət yaranarsa, prokurorluq və DTX əməkdaşları İrana ezam olunacaq”

Daxili siyasət Daxili siyasət
RİİB könüllüsü: “Xocalı soyqırımı bizim unudulmayacaq qan yaddaşımızdır”

RİİB könüllüsü: “Xocalı soyqırımı bizim unudulmayacaq qan yaddaşımızdır”

Daxili siyasət Daxili siyasət
Bu il tikinti layihələri ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyinə daxil olan sənədlərin sayı açıqlanıb

Bu il tikinti layihələri ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyinə daxil olan sənədlərin sayı açıqlanıb

Daxili siyasət Daxili siyasət
Sumqayıtda Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə tədbirlər keçirilib

Sumqayıtda Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə tədbirlər keçirilib

Daxili siyasət Daxili siyasət
Prezident İlham Əliyev Azərbaycan veteranlarını təbrik edib

Prezident İlham Əliyev Azərbaycan veteranlarını təbrik edib

Daxili siyasət Daxili siyasət
İlham Əliyev və Mehriban Əliyeva “Şabran” İstirahət Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB

İlham Əliyev və Mehriban Əliyeva “Şabran” İstirahət Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB

Daxili siyasət Daxili siyasət
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların işçilərinin maaşları artırılıb - SİYAHI

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların işçilərinin maaşları artırılıb - SİYAHI

Daxili siyasət Daxili siyasət
Xaçmazın mərkəzində suvarma kanalı zibilliyə çevrilib, ərazidə antisanitariya yaranıb

Xaçmazın mərkəzində suvarma kanalı zibilliyə çevrilib, ərazidə antisanitariya yaranıb

Daxili siyasət Daxili siyasət
Bərdə terroru ilə bağlı QHT Agentliyinin keçirdiyi konfransın iştirakçıları bəyanat yayıb

Bərdə terroru ilə bağlı QHT Agentliyinin keçirdiyi konfransın iştirakçıları bəyanat yayıb

Daxili siyasət Daxili siyasət
DİN Zəfər Gününün ikinci ildönümünə həsr olunan mərasim keçirib

DİN Zəfər Gününün ikinci ildönümünə həsr olunan mərasim keçirib