Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatından büdcəyə daxilolmalar 13 % artıb

Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatından büdcəyə daxilolmalar 13 % artıb

2023-cü ildə Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatının hesabına dövlət büdcəsinə 32,24 milyon manat rüsum ödənilib.

"Birxeber.Az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova bildirib.

Onun sözlərinə görə, bu, 2022-ci illə müqayisədə 12,6 % çoxdur.