Azərbaycan-Kuba dostluq klinikası açıla bilər

Azərbaycan-Kuba dostluq klinikası açıla bilər

Azərbaycan-Kuba dostluq klinikası açıla bilər.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyində Kubanın ictimai səhiyyə naziri Xose Anxel Portal Mirandanın başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə müzakirə olunub.

Görüşdə həmçinin Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyon da iştirak edib.

Səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də əməkdaşlığın nümunəvi olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, 2020-ci ildə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində kubalı mütəxəssislərdən ibarət həkim briqadaların ölkəmizə gəlməsi buna bariz nümunədir: “Bu addım Azərbaycan və Kuba arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir”.

Teymur Musayev öz çıxışında Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini də qeyd edib: “Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış edib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü əsasında peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə BMT-nin İnsan Hüquqları Şurası tərəfindən qəbul edilib”.

Sonda Teymur Musayev ölkələrimizin səhiyyə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində Anhel Portal Miranda çıxışında Azərbaycan və Kuba arasında bir çox sahələrdə sıx əlaqələrin mövcudluğunu vurğulayıb: “Sizin də qeyd etdiyiniz kimi, COVID-19 pandemiyası zamanı Kubadan həkim briqadalarının Azərbaycana gəlməsi bu münasibətlərin əyani göstəricisidir. İnanıram ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək".

Sonda Kubanın ictimai səhiyyə naziri bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də dinamik əməkdaşlığın vacibliyini bildirib.

Görüşdə Azərbaycanla Kuba arasında farmasevtika sahəsində əməkdaşlığın gücləndirilməsinin yeni perspektivləri, eyni zamanda milli səhiyyə müəssisələri tərəfindən təcrübə mübadiləsi barədə faydalı müzakirələr aparılıb. Həmçinin tərəflər gələcəkdə Azərbaycan-Kuba dostluq klinikasının açılmasını müzakirə ediblər.

SAĞLAMLIQ SAĞLAMLIQ
Milli Məclisin komitə sədri icbari tibbi sığortanı genişləndirməyə çağırıb

Milli Məclisin komitə sədri icbari tibbi sığortanı genişləndirməyə çağırıb

SAĞLAMLIQ SAĞLAMLIQ
ÜST: "Hər il dünyada 3,2 milyon insan hərəkətsizlikdən həyatını itirir”

ÜST: "Hər il dünyada 3,2 milyon insan hərəkətsizlikdən həyatını itirir”

SAĞLAMLIQ SAĞLAMLIQ
Azərbaycanda qida subyektləri öz məhsulları barədə tam və etibarlı məlumat verməli olacaqlar - QƏRAR

Azərbaycanda qida subyektləri öz məhsulları barədə tam və etibarlı məlumat verməli olacaqlar - QƏRAR

SAĞLAMLIQ SAĞLAMLIQ
Bu il İrandan Azərbaycana gətirilən istehlaka yararsız portağal məhsulunun həcmi 1 400 tonu keçib

Bu il İrandan Azərbaycana gətirilən istehlaka yararsız portağal məhsulunun həcmi 1 400 tonu keçib

SAĞLAMLIQ SAĞLAMLIQ
Azərbaycanda vərəmlə bağlı laboratoriya yaradılacaq

Azərbaycanda vərəmlə bağlı laboratoriya yaradılacaq

SAĞLAMLIQ SAĞLAMLIQ
ÜST: “Omikron"un XE rekombinatı 10% daha yoluxucudur”

ÜST: “Omikron"un XE rekombinatı 10% daha yoluxucudur”

SAĞLAMLIQ SAĞLAMLIQ
Azərbaycanda yaxın vaxtlarda ürək transplantasiyasının həyata keçirilməsinə başlanıla bilər

Azərbaycanda yaxın vaxtlarda ürək transplantasiyasının həyata keçirilməsinə başlanıla bilər

SAĞLAMLIQ SAĞLAMLIQ
KTM-ə zəhərlənmə ilə bağlı 900 nəfər müraciət edib, 4-ü ölüb

KTM-ə zəhərlənmə ilə bağlı 900 nəfər müraciət edib, 4-ü ölüb

SAĞLAMLIQ SAĞLAMLIQ
Gəncədə aptekdə çaytikanı adı altında günəbaxan yağı satıldığı aşkarlanıb

Gəncədə aptekdə çaytikanı adı altında günəbaxan yağı satıldığı aşkarlanıb

SAĞLAMLIQ SAĞLAMLIQ
Qarda sürüşərək yıxılan 49 nəfər təcili tibbi yardıma müraciət edib

Qarda sürüşərək yıxılan 49 nəfər təcili tibbi yardıma müraciət edib

SAĞLAMLIQ SAĞLAMLIQ
İranın 5, Belarusun isə 4 şirkətinin Azərbaycana məhsul gətirməsinə qadağa qoyulub

İranın 5, Belarusun isə 4 şirkətinin Azərbaycana məhsul gətirməsinə qadağa qoyulub

SAĞLAMLIQ SAĞLAMLIQ
İstehlaka yararsız müxtəlif növ 33 ton süd məhsulu məhv edilib

İstehlaka yararsız müxtəlif növ 33 ton süd məhsulu məhv edilib