Azərbaycanda ötən il 45 mindən çox ailə dövlət vəsaiti hesabına elektron çıxarış alıb

Azərbaycanda ötən il 45 mindən çox ailə dövlət vəsaiti hesabına elektron çıxarış alıb

Prezident İlham Əliyevin torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında 7 oktyabr 2021-ci il tarixli fərmanına uyğun olaraq, 2023-cü ildə Azərbaycanda 45 589 ailə dövlət vəsaiti hesabına elektron çıxarışla təmin edilib.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova bildirib.

Bundan başqa, onun sözlərinə görə, fərman əsasında 359 177 ədəd dövlət aktı əsasında hüquq sahibi olan vətəndaşlar elektron çıxarışla təmin edilib.

N.Alimova həmçinin deyib ki, dövlət başçısının qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında14 iyun 2023-cü il tarixli fərmanına uyğun olaraq 3 945 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilərək aidiyyəti üzrə təqdim edilib, 163 qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqları qeydiyyata alınaraq hüquq sahibləri elektron çıxarışla təmin edilib.