“The Best”: Canni De Byazi və Emin Mahmudovun kimlərə səs verdikləri bəlli olub

“The Best”: Canni De Byazi və Emin Mahmudovun kimlərə səs verdikləri bəlli olub

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi və kapitanı Emin Mahmudovun “The Best” mükafatı üçün kimlərə səs verdikləri bəlli olub.

“Report”un məlumatına görə, italiyalı mütəxəssis və “Neftçi”nin yarımmüdafiəçisi 2022-ci ilin ən yaxşı futbolçusu sorğusunda fərqli oyunçulara səs veriblər.

De Byazi ümumilikdə sıralamanı düzgün təxmin edib. O, argentinalı Lionel Messini birinci, fransalı hücumçulardan Kilian Mbappeni ikinci, Kərim Benzemanı isə üçüncü yerdə göstərib. Emin Mahmudovun fikrincə isə Benzema ötən ilin ən yaxşısıdır. O, Fransanın PSJ klubunda çıxış edən Mbappe ilə Messini müvafiq olaraq 2-3-cü yerlərə layiq bilib.

İlin ən yaxşı baş məşqçisi nominasiyasında De Byazi həmkarlarını bu cür sıralayıb: Karlo Ançelotti (“Real Madrid”, İspaniya), Lionel Skaloni (Argentina), Valid Reqraqi (Mərakeş). Mahmudov da ilk iki sıranı baş məşqçisi kimi seçib. Ancaq o, üçüncü yerə İngiltərənin “Mançester Siti” klubunun çalışdırıcısı Pep Qvardiolanı layiq bilib.

Millinin kapitanının qapıçı seçimi bir qədər qəribə olub. Onun fikrincə, Mərakeş yığmasının və “Sevilya” (İspaniya) klubunun qolkiperi Yassin Bunu 2022-ci ilin ən yaxşısıdır. Mahmudov “Real Madrid”in belçikalı dəri əlcək sahibi Tibo Kurtuanı ikinci, İngiltərə təmsilçisi “Liverpul”da oynayan braziliyalı Alisson Bekkeri üçüncü pilləyə yazıb. Maraqlıdır ki, Emin Mahmudovun ilk “üçlüy”ə layiq bilmədiyi argentinalı Emiliano Martinesin qalib gələcəyini Canni De Byazi müəyyənləşdirə bilib. Baş məşqçi Yassin Bunuya ikinci, Tibo Kurtuaya üçüncü yeri “verib”.

Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi və kapitanının da səsvermədə kimlərin adını qeyd etdiyi bəlli olub. Baş məşqçi Siyasət Əsgərov ilk “üçlüy”ü bu qaydada sıralayıb: Aleksandra Popp (Almaniya), Aleks Morqan (ABŞ), Aitana Bonmati (İspaniya). Kapitan Sevinc Cəfərzadə də ilin ən yaxşısı seçilən Aleksia Putelyası (İspaniya) ilk “üçlüy”ə layiq bilməyib. O, müvafiq olaraq Aleksandra Popp, həmçinin ingiltərəli Lea Uilyamson və almaniyalı Lena Oberdorfa səs verib.

İlin ən yaxşı qadın məşqçi nominasiyasında Siyasət Əsgərov 1-ci yerə Sarina Vyeqmanı (Niderland), 2-ciliyə Martina Voss-Teklenburqu (Almaniya), üçüncü pilləyə isə Pia Sundeyci (Braziliya) layiq bilib. Sevinc Cəfərzadənin sıralaması isə bu cür olub: Martina Voss-Teklenburq, Sarina Vyeqman, Bev Priestman (Kanada).

Baş məşqçi və kapitanın ən yaxşı qadın qapıçı sorğusundakı səsverməsi belədir: Siyasət Əsgərov – 1. Meri Erps (İngiltərə), 2. Merle Froms (Almaniya), 3. Sandra Panos (İspaniya); Sevinc Cəfərzadə - 1. Merle Froms, 2. Meri Erps, 3. Ann-Katrin Berger (Almaniya).

Qeyd edək ki, ən yaxşı qadın baş məşqçi Sarina Vyeqman, qapıçı isə Meri Erps seçilib.

Futbol Futbol
“Barselona” Avropanın “Top-7” liqası tarixində yeni rekorda imza atıb

“Barselona” Avropanın “Top-7” liqası tarixində yeni rekorda imza atıb

Futbol Futbol
Azərbaycan Kuboku: "Neftçi" 1/4 finalın ilk oyununda "Zirə"yə uduzub

Azərbaycan Kuboku: "Neftçi" 1/4 finalın ilk oyununda "Zirə"yə uduzub

Futbol Futbol
"Barselona" müdafiəçinin transferi ilə bağlı saxtakarlıqda ittiham olunur

"Barselona" müdafiəçinin transferi ilə bağlı saxtakarlıqda ittiham olunur

Futbol Futbol
Canni De Byazi: “Milliyə uyğun olub-olmadığını müəyyənləşdirmək üçün Ayaz Quliyevlə danışmalıyam”

Canni De Byazi: “Milliyə uyğun olub-olmadığını müəyyənləşdirmək üçün Ayaz Quliyevlə danışmalıyam”

Futbol Futbol
Futbolda kütləvi ölümə görə iki nəfər həbs olunub

Futbolda kütləvi ölümə görə iki nəfər həbs olunub

Futbol Futbol
"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb

"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb

Futbol Futbol
AVRO-2024: Keyn tarixə düşüb, Danimarka antirekorda imza atıb

AVRO-2024: Keyn tarixə düşüb, Danimarka antirekorda imza atıb

Futbol Futbol
"Qarabağ" - "Viktoriya": Onlayn bilet satışı dayandırılıb

"Qarabağ" - "Viktoriya": Onlayn bilet satışı dayandırılıb

Futbol Futbol
"Qəbələ" rəsmisi kubok finalının məkanı haqqında: "Ən böyük uğurlarımızı burada qazanmışıq"

"Qəbələ" rəsmisi kubok finalının məkanı haqqında: "Ən böyük uğurlarımızı burada qazanmışıq"

Futbol Futbol
AFFA Tərtər şəhər stadionunun yenidən qurulması ilə bağlı tender elan edir

AFFA Tərtər şəhər stadionunun yenidən qurulması ilə bağlı tender elan edir

Futbol Futbol
Mundialdan sonra “böyük beşliy”in ən məhsuldar futbolçuları

Mundialdan sonra “böyük beşliy”in ən məhsuldar futbolçuları

Futbol Futbol
La Liqa: "Real Madrid" "Kadis"ə qalib gəlib

La Liqa: "Real Madrid" "Kadis"ə qalib gəlib