Futbolun İnkişaf Fondunun “Biznes klub” layihəsi ilə bağlı növbəti görüşünün vaxtı müəyyənləşib

Futbolun İnkişaf Fondunun “Biznes klub” layihəsi ilə bağlı növbəti görüşünün vaxtı müəyyənləşib

Zaqatala PFK - “Biznes klub” layihəsi çərçivəsində Futbolun İnkişaf Fondunun (FİF) növbəti görüşünün vaxtı müəyyənləşib.

“Report”un məlumatına görə, tədbir I Liqanın XV turunda fevralın 21-də keçiriləcək “Zaqatala” – “İmişli” oyunu ərəfəsində təşkil olunacaq.

Fevralın 20-də və ya qarşılaşmanın oynanılacağı gün məhz Zaqatalada tədbirin əsas hissəsi baş tutacaq. Həmin görüşdə “Biznes klub” layihəsinin iştirakçıları bəlli olacaq.

Qeyd edək ki, yanvarın 19-da “Biznes klub” layihəsinin təqdimatı keçirilib.