Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki torpaqlardan istifadəyə dair vəziyyət açıqlanıb

Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki torpaqlardan istifadəyə dair vəziyyət açıqlanıb

2023-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində torpaq sahələrinin ayrılmasına rəy bildirilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən daxil olmuş 4 958,95 hektar torpaq sahəsi üzrə 134 müraciətə (əvvəlki dövrlərdə daxil olmuş müraciətlərlə birlikdə) müsbət rəy verilib.

"Birxeber.Az" xəbər verir ki, bunu 2023-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bildirib.

"Ümumilikdə isə indiyə qədər 11 min ha yaxın torpaq sahəsi üzrə 372 müraciətə müsbət rəy verilib", - deyə o qeyd edib.

Bundan başqa, M.Eynullayev deyib ki, həmin ərazilərdə torpaq sahələrinin icarəyə verilməsinə razılıq bildirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş 470,4 hektar torpaq sahəsi üzrə 6 müraciətə (əvvəlki dövrlərdə daxil olmuş müraciətlərlə birlikdə) razılıq verilib. Ümumilikdə isə indiyə qədər 2 min ha yaxın torpaq sahəsi üzrə 19 müraciətə razılıq verilib.