Energetika naziri Biləsuvarda vətəndaşları qəbul edib

Energetika naziri Biləsuvarda vətəndaşları qəbul edib

Bu gün energetika naziri Pərviz Şahbazovun Biləsuvar rayon Heydər Əliyev Mərkəzində vətəndaş qəbulu keçirilib.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbul zamanı vətəndaşların elektrik enerjisi təchizatı, şəbəkəyə qoşulma, küçə işıqlandırması, kabellərin çəkilişi, enerjinin keyfiyyəti, elektrik veriliş xətlərinin mühafizə zonası, qurğu və avadanlıqların istismar vəziyyəti, təbii qaz təchizatı, qaz və elektrik enerjisi sərfiyyatına görə yaranmış borc və cərimələr, həmçinin digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Qəbulda Biləsuvar rayonu ilə yanaşı, Bakı və Şirvan şəhərləri, həmçinin Lənkəran, Salyan və Cəlilabad rayonlarından olan 22 vətəndaş iştirak edib.