Rusiya XİN rəhbərinin Azərbaycana səfərinin proqramı açıqlanıb

Rusiya XİN rəhbərinin Azərbaycana səfərinin proqramı açıqlanıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 27-28-də Azərbaycanda rəsmi səfərdə olacaq.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir.

“Səfər ikitərəfli münasibətlər tarixində əlamətdar hadisənin - 2022-ci ilin fevralın 22-də Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ən yüksək səviyyədə imzalanmasının birinci ildönümünə təsadüf edəcək. Sənəd beynəlxalq məsələlərdə və hərbi-siyasi əməkdaşlıqda koordinasiyanın gücləndirilməsini, terror təhlükəsinə qarşı mübarizədə qüvvələrin birləşdirilməsini, iqtisadi əməkdaşlığın qurulmasını və humanitar sahədə dialoqun genişləndirilməsini nəzərdə tutur”, - bəyanatda qeyd edilib.

S.Lavrovun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi gözlənilir. Onun xarici işlər naziri Ceyhun Bayramovla danışıqları da nəzərdə tutulub.

XİN-in bəyanatında bildirilib ki, ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin hərtərəfli müzakirəsi, regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.

Sergey Lavrov “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” adlı konfransda da iştirak edəcək. Bu tədbir Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində keçiriləcək və iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə çatmasının ildönümünə həsr olunacaq.

Xarici siyasət Xarici siyasət
Azərbaycan Prezidenti: "Albaniyada qazpaylayıcı şəbəkənin yaradılmasına böyük sərmayə yatırmağı planlaşdırırıq"

Azərbaycan Prezidenti: "Albaniyada qazpaylayıcı şəbəkənin yaradılmasına böyük sərmayə yatırmağı planlaşdırırıq"

Xarici siyasət Xarici siyasət
Azərbaycan Prezidenti Çin liderini təbrik edib

Azərbaycan Prezidenti Çin liderini təbrik edib

Xarici siyasət Xarici siyasət
Polad Bülbüloğlu Rusiya XİN başçısının müavini ilə görüşüb - YENİLƏNİB

Polad Bülbüloğlu Rusiya XİN başçısının müavini ilə görüşüb - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov: "Qarabağın erməni sakinlərinin keçidi tam sərbəst şəkildə təmin olunur"

Ceyhun Bayramov: "Qarabağın erməni sakinlərinin keçidi tam sərbəst şəkildə təmin olunur"

Xarici siyasət Xarici siyasət
Prezident: “İsrailin kənd təsərrüfatı sahəsində müsbət təcrübəsindən istifadə etməyə hazırıq”

Prezident: “İsrailin kənd təsərrüfatı sahəsində müsbət təcrübəsindən istifadə etməyə hazırıq”

Xarici siyasət Xarici siyasət
Mehriban Əliyeva Litvadan paylaşım edib

Mehriban Əliyeva Litvadan paylaşım edib

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov: “İranın XİN başçısının Prezident İlham Əliyevlə görüşünü müsbət qiymətləndiririk”

Ceyhun Bayramov: “İranın XİN başçısının Prezident İlham Əliyevlə görüşünü müsbət qiymətləndiririk”

Xarici siyasət Xarici siyasət
Qazaxıstan Prezidenti: “Heydər Əliyevin xatirəsini əbədiləşdirmək bizim borcumuzdur”

Qazaxıstan Prezidenti: “Heydər Əliyevin xatirəsini əbədiləşdirmək bizim borcumuzdur”

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov İsrail XİN-in siyasi direktoru ilə görüşüb

Ceyhun Bayramov İsrail XİN-in siyasi direktoru ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Vətən müharibəsinin azyaşlı qurbanlarının xatirəsi Mexikoda anılıb

Vətən müharibəsinin azyaşlı qurbanlarının xatirəsi Mexikoda anılıb

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyev Ankarada TDT-nin Fövqəladə Zirvə görüşündə iştirak edir - YENİLƏNİB-2

Prezident İlham Əliyev Ankarada TDT-nin Fövqəladə Zirvə görüşündə iştirak edir - YENİLƏNİB-2

Xarici siyasət Xarici siyasət
Ermənistan İqtisadiyyat Nazirliyi: “Azərbaycan və Türkiyə ilə sərhədin bağlı qalması xarici ticarət imkanlarımızı azaldır"

Ermənistan İqtisadiyyat Nazirliyi: “Azərbaycan və Türkiyə ilə sərhədin bağlı qalması xarici ticarət imkanlarımızı azaldır"